Xristian dünyası hz. İsanın (əs) gəlişinə hazırdırmı?

Hz. İsa (əs) sevgisi xristianlara tarix boyu gözəl əxlaq qazandırmışdır. Allah Quranda xristianları dostluq baxımından iman gətirənlərə ən yaxın olanlar kimi təsvir edir və ayənin davamında belə buyurur:


...Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)


Digər ayədə isə xristianların gözəl əxlaqı haqqında belə deyilir:


Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq... (Hədid surəsi, 27)


Tarix boyu xristianlar müxtəlif zülmlərə dözmüş, dünya zövqlərindən əllərini çəkərək əziyyət dolu həyatı seçmiş, böyük fədakarlıqlar etmişlər. Bunlar səmimiyyətin göstəriciləridir. Ancaq hz. İsanın (əs) gəlişinin yaxın olduğu bu əsrdə bu səmimiyyəti daha da güclü göstərməlidirlər.


• Xristian mənbələrinə görə də hz. İsa (əs) yer üzünə qayıdacaq.
Əhdi-Cədiddə dəfələrlə hz. İsanın (əs) yer üzünə yenidən gələcəyi xəbər verilir. İbranilərə məktubda belə yazılır: “Məsih... ikinci dəfə... xilas etmək üçün Onu gözləyənlərə zühur edəcək” (9: 28). Əhdi-Cədidin bir çox yerində hz. İsanın (əs) yenidən gələcəyi müjdələnir. Bu vəd qəti olduğuna görə, bütün xristianlar bunu əsas fikrə çevirməli, ikinci gəlişi gözləməli və buna əsasən fəaliyyət göstərməlidirlər.


• Xristian qaynaqlarına görə də hz. İsanın (əs) gəlişi yaxındır.
Bir çox xristian ikinci gəlişin çox yaxın olduğunu düşünürlər. Çünki Əhdi-Cədiddə və Əhdi-Ətiqdə Məsihin gəlişi ilə əlaqədar məlumatların hamısı, demək olar ki, reallaşmışdır. Bütün dünyada din əxlaqının yayılması, ateist fəlsəfələrin çökməyə başlaması, insanların Allah inancına yönəlməsi də əhəmiyyətli bir əlamətdir. Vəziyyət belə ikən heç bir xristianın hz. İsanın (əs) ikinci gəlişi mövzusunda laqeyd qalması doğru deyil.
• Xristian mənbələrinə görə də hz. İsanın (əs) qayıdışı tarixin ən böyük hadisəsi olacaq.


İkinci gəliş xristian mənbələrinə görə də qəti və yaxın bir gerçək olduğundan bu, bütün xristianlıq aləmində ən əhəmiyyətli hadisə olmalıdır. Hz. İsa (əs) kimi Allah'ın üstün etdiyi müqəddəs peyğəmbər yaxında dünyaya gələcəyinə görə, onun üçün hazırlıq görülməli, bu mövzu daim gündəmdə tutulmalıdır.


• Hz. İsa (əs) gələndə bütün inananları birləşdirəcəyindən onsuz da yaxında heç bir mənası qalmayacaq xristianlararası mübahisələri, ayrılıq və ixtilafları bir kənara qoymaq lazımdır.


• Hz. İsa (əs) gələndə ona inanan bütün xristian və müsəlmanlar ortaq inancda birləşəcəyinə görə, xristian və müsəlmanlar arasındakı ön mühakimə və qarşıdurma mühitini aradan qaldırmaq üçün indidən çalışmaq lazımdır.


İncilin son hissəsi “Vəhy” kitabında belə yazılır: “...Rəbbimiz və Onun Məsihi dünya üzərində padşahlığa sahib oldu! O, əbədi olaraq padşahlıq edəcək!” (Vəhy,11:15)


Bütün xristianlar yaxınlaşan böyük müjdəyə görə həyəcanlı və şövqlü olmalıdırlar.
Bu həyəcan və şövqü yaşayan müsəlmanlar kimi xristianlara səslənirik:


Gəlin hz. İsanın (əs) yaxınlaşan gəlişinə birlikdə hazırlaşaq. Hz. İsanın (əs) bizə doğrunu öyrədəcəyini bilərək aramızdakı inanc fərqliliklərinə hörmət göstərək. Onun görmək istədiyi kimi dünyanı sülh, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmağa çalışaq. Ona düşmən olan, uca Rəbbimiz Allah’ı inkar edən fəlsəfə və ideologiyalara qarşı birlikdə fikri mübarizə aparaq.

Gəlin dünya tarixinin yaxınlaşan ən böyük möcüzələrindən və müjdələrindən birini birlikdə gözləyək.

Geri