Müsəlmanlar kitab əhlinə sahib çıxmalıdır

ADNAN OKTAR: İsraildəki bütün dindar yəhudilərə ciddi şəkildə sahib çıxılmalıdır. Eynilə Fələstinə sahib çıxdığımız kimi, onlara da sahib çıxmalıyıq. Yəni onların hamısı bizimdir. Bir qismi Yaqub oğulları, bir qismi İsmayıl oğulları. Bir qismi hz. Yaqubdan (əs) gəlir, bir qismi hz. İsmayıldan (əs). Hamısı peyğəmbər nəslindəndir. Oradakı qövmün, nəslin hamısı elədir və çox dindardırlar, təmiz insandır.

Onlara ürcah olmuş ateist-sionistlər və masonlar var. Onları bir-birinə qırdırmaq istəyən, onları bir-birinə yox etdirmək istəyən bir qrup var. Onları - şeytanın bu qrupunu geriyə çəkib, eyni atadan olan dindar, tərtəmiz qardaşları xoşbəxt yaşatmalıyıq. Birtərəfli  siyasət səhvdir. Həm ədalətə, həm də vicdana uyğun deyil. Bir də belə bir gözəlliyi görməzlikdən gələ bilmərik. Yəhudilər çox dindar insandırlar. Onları mütləq qorumaq lazımdır, amma fələstinliləri də bu bəladan, bu dərddən qurtarmalıyıq. (Adnan Oktarın Mavi Karadeniz TV müsahibəsindən, 3 fevral 2009)

Geri