Müsəlmanların kitab əhlinə münasibəti Peyğəmbərimizin (səv) şəfqətli münasibətinə uyğun olmalıdir

ADNAN OKTAR: Peyğəmbərimiz (səv)xristianlara qarşı çox şəfqətli idi, onların evlərinə də gedirdi, yeməklərini də yeyirdi.Yəhudilərlə alver də edirdi, səhabələrini də təşviq edirdi. O dövrdə xristianlar da, yəhudilər də Cənnət həyatına bənzər həyat yaşayırdılar. Onlar üçün çox dinc və gözəl bir dövr idi. (Adnan Oktarın Tempo TV müsahibəsindən, 10 mart 2009)


ADNAN OKTAR: Kitab əhli Allah’ın bizə əmanətidir. Osmanlı dövründə də elə olmuşdur, Peyğəmbərimizin (səv) dövründə də elə olmuşdur. Quranın izahatında da bunu görürük. Biz kitab əhlini qorumaqla, onlara şəfqət göstərməklə, onları sevməklə mükəlləfik. Biz onların yalnız inancına uymuruq. Amma insan olaraq, qardaşımız olaraq çox sevirik, bağrımıza basırıq. Amma, haşa: “Allah üçdür”, -deyirsə, təbii ki, biz: “Allah birdir”, -deyirik. Yəni o mövzuda itaət etmirik. Amma gözəl əxlaqda ittifaq edirik, təbii ki, qardaşımızdır onlar. (Adnan Oktarın Malatya TV, 7 yanvar 2009)

ADNAN OKTAR: Peyğəmbərimiz (səv) də görüşürdü yəhudilərlə, onlarla ticarət edirdi, əlaqə qururdu. Xristianlarla da əlaqəsi olurdu. Bu, günah deyil. (Adnan Oktarın Çay TV müsahibəsindən, 23 iyul 2008)

Geri