Mövzular

Videolar

Birbaşa efir

Məqalələr

Quran Allahın insanlara rəhbər olaraq endirdiyi bir kitabdır və Allah Quran vasitəsi ilə insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasını isə sevgi, şəfqət, mərhəmət və ədalət kimi əsas anlayışlar təşkil edir. İslam sözü Ərəb dilində “sülh” mənasını ifadə edir.

İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi hüzur və sülh dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir.

Davamı

Müsəlmanların birlik olmağı sadəcə mövcud vəziyyətin sona çatması üçün ehtiyac duyulan siyasi tələbat deyil. Bundan daha da vacibi odur ki, birlik müsəlman olmağın şərtlərindən biridir.

Davamı

Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi, daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir.

Davamı

Hz. Məhəmmədin (səv) vəfatından sonra İslamın sürətlə yayılırdı. İslam bir neçə on ilə bütün Mesopotamiyaya, Şimali Afrikaya yayılmış, qərbdə İspaniyaya, şərqdə isə Hindistana qədər irəliləmişdi.

Davamı

Dünyada sülh və təhlükəsizliyin bərqərar olunmasının İslam aləminin gələcəyi ilə birbaşa bağlı olduğu bir çox İslam aliminin müştərək fikridir.

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki dünya müharibəsi, bu müharibələrdə həlak olan milyonlarla insan, yandırılan şəhərlər, yerlə-yeksan olan yaşayış məntəqələri, işgəncə düşərgələri bəşəriyyət tarixi üçün ibrətvericidir.

İslam Birliyi fikir azadlığını dəstəkləyir. İslam əxlaqı müsəlmanların açıqfikirli olmasını, yəni digər mədəniyyətlərlə münasibətdə olmasını və onların nailiyyətlərindən faydalanmasını nəzərdə tutur. İslamın ilk əsrlərində müsəlman mütəfəkkirlər və alimlər Yunanıstan, Çin, Hindistan kimi qədim mədəniyyətlərin əsərlərini araşdırmış, bu əsərlərdən geniş məlumat əldə etmiş və sonra isə bu məlumatları İslami şüurla inkişaf etdirib zənginləşdirmişdilər.

Davamı

Avropa Birliyinin ümumi strukturu qurulacaq İslam Birliyi üçün nümunə ola bilər. Avropa Birliyinin əsas xüsusiyyətləri üzv ölkələrin daxili suverenliklərini, idarəetmə sistemlərini, dövlət mexanizmlərini qoruması, həmçinin "Avropa mədəniyyəti" üzərində qurulmuş dəyərlər sistemini qəbul etməsidir. Bu dəyərlər sisteminə söykənərək bir-biriləri ilə siyasi, iqtisadi, mədəni əməkdaşlıq etməsi, bu əməkdaşlığı davam etdirib bütün Avropanı təmsil edəcək mərkəzi qanunvericilik və icraedici orqanlarına sahib olmasıdır.

Davamı

İslamın iqtisadiyyat anlayışı Qərbin iqtisadiyyat anlayışından fərqlidir. Amma İslamda da Qərb cəmiyyətlərində olduğu kimi azad bazar iqtisadiyyatı hakimdir. Hər kəsin xüsusi mülkiyyətə sahib olmaq və öz mülkiyyətiüzərində sərəncam vermək hüququ vardır. Ancaq əldə edilən gəlirin bölüşdürülməsi məsələsində İslam əxlaqı insanlara əxlaqi öhdəliklər verərək cəmiyyətdə sosial ədalətin qurulmasını təmin edir. Zənginlərin qazancında kasıblar üçün də pay var, lakin bu pay zənginlərdən məcburi toplanan vergi deyil, inanclarına görə könüllü şəkildə verdikləri ianədir.

Davamı