Quran və sünnəyə əsasən, müsəlmanların kitab əhlinə münasibəti necə olmalıdır?

Bu saytda xristianların, musəvilərin və müsəlmanların ortaq inanc əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə sahib olduqları, eyni təhlükələrlə qarşılaşdıqları bu dinlərin müqəddəs kitabları əsasında izah edilir və kitab əhli (yəhudi və xristianlar) Quranda Rəbbimizin bildirdiyi kimi birləşməyə çağırılır. Bu çağırışın məqsədi bütün inanclı insanları eyni amal uğrunda birləşməyə - darvinizmə, materializmə, ateizmə, din düşmənçiliyinə, ictimai və əxlaqi degenerasiyaya qarşı birlikdə mübarizəyə və əl-ələ tutaraq Allah inancını və  gözəl əxlaqı dünyanın hər yerində yaymağa dəvət etməkdir. Bu çağırış səmimi, vicdanlı, şəfqətli,  gözəl əxlaqlı, sülhpərvər və ədalətli yəhudi, xristian və müsəlmanlara aiddir. Unutmaq olmaz ki, hamımız bir olan Allah’a iman gətiririk, Rəbbimizin bizə əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaymaq üçün səy göstəririk. Üç İlahi dinin mənsubları da:
-Allah’ın bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olduğuna inanır.
-Allah’ın bütün canlıları möcüzəvi şəkildə yaratdığına və insanın Allah’ın verdiyi ruha sahib olduğuna iman gətirir.
-Tarix boyu Allah’ın insanlara hz. Muhəmməd (səv), hz. İsa (əs) və hz. Musa (əs) ilə birgə hz. Nuh (əs), hz. İbrahim (əs), hz. İshaq (əs), hz. Yusif (əs), hz. Davud (əs) kimi bir çox peyğəmbər göndərdiyinə inanır və bütün peyğəmbərləri sevir.  
-Ölümdən sonra dirilişə, Cənnət və Cəhənnəmə, mələklərin varlığına iman gətirir, Allah’ın həyatımızı bir qədər (tale) ilə yaratdığına inanır.
Yalnız inanc mövzusunda deyil, əxlaqi dəyərlərdə də kitab əhlinin inancları müsəlmanlarla uyğundur. Hal-hazırda fahişəlik, homoseksuallıq, narkomaniya kimi əxlaqsızlıqların, eqoist, mənfəətpərəst, mərhəmətsiz insan modelinin sürətlə yayıldığı bir dünyada kitab əhli və müsəlmanlar eyni dəyərlərə inanırlar: namus, iffət, təvazökarlıq, fədakarlıq, dürüstlük, şəfqət, mərhəmət, qarşılıqsız sevgi...
Biz, yəni müsəlmanlar hz. Musaya (əs) da, hz. İsaya (əs) da dərin sevgi və hörmət bəsləyir, onların Allah qatında qiymətli, mübarək insanlar olduqlarını bilir və Rəbbimizin göndərdiyi bütün peyğəmbərlərə iman gətiririk. Allah’ın Quranda bizə öyrətdiyi əxlaqın tələbinə uyğun olaraq, yəhudi və xristianların inanclarına, dəyərlərinə və ənənələrinə hörmət edirik. Allah Quranda müsəlmanlara kitab əhli haqqında belə əmr verir:


De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”...
(Ali-İmran surəsi, 64)

Bizim xristianlara və yəhudilərə olan çağırışımız da budur: Allah’a iman gətirən və Onun vəhyinə itaət edən insanlar kimi, gəlin ortaq iman sözündə birləşək. Hamımız Yaradıcımız və Rəbbimiz olan Allah’ı sevək. Onun əmrlərinə itaət edək və Allah’ın bizi doğru yola yönəltməsi üçün dua edək. Müsəlmanlar, xristianlar və yəhudilər ortaq sözdə birləşdikdə, bir-birinin düşməni deyil, dostu olduqlarını anladıqda, darvinizm, materializm, ateizm və dinsizliyə qarşı fikri mübarizənin aparılmasının vacib olduğunu gördükdə dünya daha fərqli bir yer olar. Əsrlərlə davam edən şiddət, qorxu və qarşıdurmalar sona çatar və sevgi, hörmət və rahatlığa əsaslanan yeni sivilizasiya qurular.

  • Müsəlmanların iki ilahi dinin mənsublarına sevgisi və şəfqəti
  • Davamı
  • Hz. İbrahimin (əs)
    hənif dini
  • Davamı
  • Quran əxlaqının tələb etdiyi
    şəfqət
  • Davamı
  • Quranda bütün peyğəmbərlər təriflənir, müsəlmanlar hz. Musa (əs) və hz. İsanı (əs) qəlbən sevirlər
  • Davamı
  • Peyğəmbərimizin (səv) dövründə yəhudilər və xristianlar təhlükəsiz şəraitdə yaşayırdılar
  • Davamı
  • Müsəlmanlar
    kitab əhlini qorumaqla
    mükəlləfdirlər
  • Davamı
Geri