İlahi dinlərdə ortaq ibadətlər, ortaq əxlaqi dəyərlər

İnsanı yaradan Allah onun ehtiyaclarını və dünyada necə rahat olacağını ən yaxşı biləndir. Bu səbəbdən, insan Rəbbimizin bildirdiyi yolla getməlidir. Belə ki, Allah hər dövrdə elçiləri və kitabları vasitəsilə insanlara yol göstərmiş, razı olacağı düşüncə, davranış, əxlaq və həyat formasını insanlara xəbər vermişdir. Allah'ın öyrətdiyi həyat tərzini və əxlaq modelini tətbiq edənlər həm dünyada, həm də axirətdə xoşbəxt, dinc və gözəl həyata qovuşmağı ümid edən insanlardır.


Müxtəlif dövrlərdə, müxtəlif ərazilərdə yaşayan və müxtəlif İlahi dinlərə mənsub olan insanlar fərqlərə baxmayaraq, eyni əxlaqi dəyərlərə sahibdirlər. Oğurluq etməmək, adam öldürməmək, zina etməmək, yalan danışmamaq, ədalətli olmaq, hər cür haqsızlıqdan çəkinmək, insanlara qarşı nəzakətli və hörmətli üslubdan istifadə etmək kimi dəyərlər bütün inananlar üçün əsaslıdır. Bu, inananların baş verən hadisələrə oxşar reaksiya vermələrinə və oxşar hərəkət etmələrinə səbəb olur.


Bu ortaq əxlaq anlayışı yəhudilik, xristianlıq və İslamiyyətə də aid edilir. Nankorluq, özündən razılıq, azğınlıq, yalançılıq, eqoistlik, acgözlük, hiyləgərlik, qısqanclıq, davakarlıq, itaətsizlik, hörmətsizlik, vəfasızlıq, xəsislik, təcavüzkarlıq, zalımlıq, səbirsizlik, riyakarlıq kimi çirkin xüsusiyyətlər İslam əxlaqına qətiyyən uyğun olmadığı kimi, yəhudilik və xristianlıqda da qadağan edilmişdir. İnsanlar ədalətli, vicdanlı, şəfqətli,  xeyirxah, təvazökar, dürüst,    fədakar,  itaətkar, vəfalı olmaq və s. kimi gözəl xüsusiyyətlərə çağırılmışlar.


Bu İlahi hökmlərə riayət edən səmimi dindarlar seçilmiş və şərəfli insanlardır. Allah'a qəlbən bağlıdırlar. Dərin imana, üstün əxlaqi xüsusiyyətlərə sahibdirlər. Etdiklərinin əvəzində heç nə tələb etmirlər, yalnız Allah'ın razılığını qazanmağa çalışırlar. Həmişə doğrunun, yaxşının, haqqın, gözəl əxlaqın tərəfdarı olurlar. Hər cür pislik və əxlaqsızlıqdan çəkinirlər.


Lakin yer üzündəki bir çox təlim İlahi dinlərin öyrətdiyi əxlaq anlayışına tamamilə zidd olan anlayışları müdafiə edir. Məsələn, son iki əsrdir ki, dünyada hökm sürən darvinist və materialist fəlsəfə insanları yalnız öz mənfəətlərini düşünən və bunda heç bir qayda tanımayan fərdlərə çevirir. Bu batil fəlsəfə həyatı sanki bir arena kimi göstərir, insan həvəslərinin təmin edilməsi üçün hər yoldan istifadə etməyi nəzərdə tutur. Digər tərəfdən, darvinizm və materializm insanın ruha sahib olduğunu və Allah'ın vəhyini inkar etdiyi üçün insanın təbiətinə dair heç bir mütləq meyar qəbul etmir və İlahi dinlər tərəfindən ortaya qoyulan bütün əxlaqi dəyərləri inkar edir. Bu azğın məntiqin bəşəriyyətə nə qədər böyük fəsad gətirdiyinin nümunələri isə hələ də göz qabağındadır. Qarşıdurmalar və gərginliklər, bir parça torpaq və mövqe üçün mərhəmətsizcə bir-birinə hücum edən insanlar, məzlumların və ehtiyac içində olanların hər gün daha da əzilməsi, ədalətsizliyin yayılması, əxlaqsızlığın artması, degenerasiyanın sürətlənməsi bu fəsadların yalnız bir neçəsidir.


Bu vəziyyət qarşısında İlahi dinlərin mənsubları materializmin aldadaraq öz təsiri altına saldığı insanların qurtulması üçün birləşməlidirlər. Allah'ın varlığına, birliyinə, bizi Onun yaratdığına və bizə doğru yolu göstərmək üçün kitab və peyğəmbərlər göndərdiyinə inanmaq çox əhəmiyyətlidir. Bu həqiqətlərə inanan insanlar (yəhudi, xristian və ya müsəlmanlar) inkar edən insanlardan bir-birlərinə daha yaxındırlar.

Aşağıda üç İlahi din arasındakı ortaq əxlaqi dəyərlərdən başlıqlar altında bəhs ediləcək. Bunların hər biri bu dinlərin mənsublarının niyə birləşmələrinin lazım olduğunun dəlillərindəndir. Unudulmamalıdır ki, yer üzündə bu dəyərlərlə təsvir edilən gözəl əxlaqın hakim olması hər üç dinin inananlarının əl-ələ verməsi ilə mümkündür.

 

Təvazökarlıq
Təvazökarlıq inananların ortaq xüsusiyyətidir. Allah ayələrində təkəbbürlü insanları sevmədiyini bildirmişdir.
İnananlar onlara saysız nemətləri verənin Allah olduğunu, hər şeyin yeganə sahibinin O olduğunu bilirlər. Ona görə də təkəbbürlənmirlər. Allah'ın qarşısında nə qədər aciz olduqlarını bilirlər. Ağılın, məlumatın, gözəlliyin, var-dövlətin, etibarın və s. özlərindən qaynaqlanmadığını, onların Allah'ın bir lütfü olduğunu bilirlər.
Allah Quranda inananların təvazökar davranışını belə ifadə etmişdir:


Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara  bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan surəsi, 63)


Digər Quran ayəsində də təvazökar möminlər Cənnətlə müjdələnmişlər:


...Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən itaət edənlərə  müjdə ver. (Həcc surəsi, 34)


Təvazökarlığın əhəmiyyəti və bu cür davranan insanların Allah qatında üstün insanlar olduğu İncildə belə ifadə edilir:
Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbət və şəfqətlə yaxınlaşın. (Efeslilərə,  4: 2)
Aranızda ən böyük olanların xidmətçisi olsun. Kim özünü yüksəldərsə, alçaldılacaq və kim özünü alçaldarsa, yüksəldiləcək. (Matta,  23: 11-12)
Beləliklə, kim bu uşaq kimi sadəqəlbli olarsa, səmavi səltənətdə ən böyük odur. (Matta,  18: 4)
Tövratda da təkəbbürlü olmaqdan çəkinməyin vacib olduğu, Allah`ın təvazökar qullarından razı olduğu bildirilir. Tövrata görə inananlar təvazökar olmaqla məsuliyyət daşıyırlar, təkəbbürlülər isə mütləq alçaldılacaqlar. Tövratda bəzi yerlərdə mövzu haqqında belə bildirilir:
...Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki təvazökar insanlar, Rəbbə meyil salın! Salehliyə meyil salın! Təvazökarlığa meyil salın!.. (Sefanya,  2: 3)
Məzlum xalqı qurtarırsan, lovğalara göz qoyursan, onları alçaldırsan. (2 Şamuel,  22: 28)
...Təvazökar olsalar, dua edib Məni axtarsalar və pis yollardan geri qayıtsalar... onların günahını bağışlayacağam və torpaqlarını bərəkətləndirəcəyəm. (2 Salnamələr,  7: 14)
Uca və əzəmətli, əbədi yaşayan, adı müqəddəs olan belə deyir: “...Qırıq qəlbli olanların ruhunu diriltmək, həlimlərin ürəklərini dirçəltmək üçün onlarla birlikdəyəm”. (Yeşaya,  57: 15)

 

 

Lovğalanmamaq


Ona: “Allah'dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)
İncil
...Allah məğrurlara qarşıdır, məzlumlara isə lütf göstərər. (Yaqub,  4: 6)
...Qürurlanmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allah'a ümid bəsləsinlər. (1 Timoteyə,  6: 17)

Tövrat
Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf gəlsinlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki, o hökmlərə əməl edən hər kəs nicat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər. (Nehemya,  9: 29)
Eşidin və qulaq asın, təkəbbürlü olmayın, çünki Rəbb belə söylədi. (Yeremya,  13: 15)
Çünki o gün ordular Rəbbi bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, bütün Başanın palıdlarını yox edəcək. (Yeremya,  2: 12-13)
Rəbb deyir: “Pisliyə görə dünyanı, günahlarına görə pis insanları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, məğrur zalımları alçaldacağam. (Yeşaya,  13: 11)

 

 

Allah'ın ayələrinin inkar edildiyi yerdən uzaqlaşmaq

(Allah) kitabda sizə nazil etmişdir ki, Allah'ın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır. (Nisa surəsi, 140)

Tövrat
Pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, rişxəndçilərin arasında oturmayan insan necə də xoşbəxtdir! O, ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu qanunu dərin düşünər. Axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar. Pis insanlar belə deyil, onlar ancaq yelin sovurduğu saman çöpünə bənzəyər. Buna görə, pis insanlar hökm günündə, günahkarlar salehlərin məclisində dayana bilməz. (Məzmur,  1: 1-5)

 

 

Boş şeylərdən üz çevirmək

O kəslər ki, lağlağıdan üz döndərərlər. (Muminun surəsi, 3)
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə  ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)

İncil
Boşboğazlıqdan uzaq dur... (2 Timoteyə,  2: 16)

Tövrat
Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et. (Məzmur,  119: 37)
“Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı? Faydasız sözlərlə, dəyərsiz nitqlərlə mübahisə etmək olarmı? (Əyyub,  15: 2-3)

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib, yalan şeylər gördünüz, Mən sizə qarşıyam”, - Xudavənd Rəbb belə bəyan edir. (Yezekel,  13: 8)

 

Hər işdə Allah'ı xatırlamaq

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah'ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Tövrat
O, ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu qanunu dərin düşünər. (Məzmur,  1: 2)
Bütün yollarında Onu tanı, O, sənin yollarını düzəldər. Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin. Bu, bədəninə şəfa verər, sümüklərinə ilik olar. (Süleymanın məsəlləri,  3: 6-8)
Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerləşdir. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. (Qanunun təkrarı,  6: 5-7)
Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma... Mənimlə birlikdə Rəbbin böyüklüyünü eşitdirin, adını birlikdə ucaldaq. (Məzmur,  31: 1-3)

 

Təvəkkül etmək
Allah inananların ən böyük dostu və yardımçısıdır. İnananlar çətinlik və ya sıxıntı ilə qarşılaşanda da, rahat şəraitdə olanda da Allah'ın onlarla bərabər olduğunu bilir, yalnız Allah'a yönəlirlər. Sadəcə Ona güvənirlər. İman gətirən bir şəxs mövcud şəraitlər daxilində bütün tədbirləri görür, hər addımı düşünərək plan qurur, lakin hər şeyin yalnız Allah'ın diləməsi ilə reallaşdığını unutmur. Nəticəsindən asılı olmayaraq, hər şeydə hikmət və gözəllik olduğunu bilir. Məsələn, möminlər tədbir olaraq sağlamlığa zərərli şeylərdən çəkinirlər. Buna baxmayaraq, ölümcül xəstəliyə düçar olanda da onun Allah'dan olduğunu bilirlər, əsla ümidsizliyə qapılmırlar. Səbirli və təvəkküllü davranırlar. İnananlar hadisələr qarşısında kədər, qayğı və narahatlıq keçirmir, təvəkkülün verdiyi rahatlığı yaşayırlar.
Təvəkkül inkarçıların xəbərsiz olduğu, sadəcə inananların yaşadığı gözəllikdir. İnkarçıların dünya həyatındakı sıxıntı və kədərlərinin, stress və depressiyalarının əsas səbəblərindən biri də bu həqiqətdən üz çevirmələridir. Təvəkkülün inananların vacib vəsfi olduğu Quran ayələrində bildirilmişdir:
...Allah'dan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah'a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
De: “Allah'ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah'a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Təvəkküllü olmaq yalnız Allah'a güvənmək deməkdir. İnsanların qayğı çəkməsinin mənasız olduğu və hər zaman Allah'a güvənmələri İncildə belə ifadə edilir:
Amma Rəbb etibarlıdır. O, sizi qüvvətləndirib şər olandan qoruyacaq. (2 Salonikililərə,  3: 3)
İsa öz şagirdlərinə belə dedi: “Buna görə də Mən sizə deyirəm: “Nə yeyəcəyik?” - deyib canınız üçün, “Nə geyinəcəyik”, -deyib bədəniniz üçün qayğı çəkməyin... Qarğalara baxın. Onlar nə əkir, nə də biçir. Nə anbarları, nə də zirzəmiləri var, amma Allah onları yedizdirir... Sizlərdən hansı biriniz qayğı çəkməklə ömrünüzü bir anlıq belə uzada bilər?  Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısına qalırsınız? (Luka,  12: 22-26)
Ona görə də siz əvvəlcə Allah'ın səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin... (Matta,  6: 33-34)
Tövratda isə bildirilir ki, yalnız Allah'a yönələn və Rəbbimizə güvənən şəxsə Allah müvəffəqiyyət bəxş edəcək. İman gətirən yəhudilərin Allah'a təvəkkül etmələri belə ifadə edilir:
Rəbbə güvən… O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən, O, edəcək. (Məzmur,  37: 3-5)
Ağlı Sənə yönəlmiş insanlara Sən kamil iman verirsən, çünki onlar Sənə güvənir. Rəbbə həmişə güvənin, çünki Rəbb Allah əbədi gücdür. (Yeşaya,  26: 3-4)
Nə xoşbəxtdir o insan ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki, çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz. (Yeremya,  17: 7-8)
...Allah'ınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız. (2 Salnamələr,  20: 20)
Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. (Süleymanın məsəlləri,  3: 5)

 

 

Allah inananların qoruyucusudur

(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” (Şüəra  surəsi, 62)
Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir. (Nəhl surəsi, 128)
Həqiqətən, mənim himayədarım kitabı nazil edən Allah'dır. O, əməlisalehlərə himayəçilik edir. (Əraf surəsi, 196)

Tövrat
Sənə cəsarətli və möhkəm olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allah`ın Rəbb gedəcəyin hər yerdə səninlədir. (Yeşua,  1: 9)
Qəfil fəlakətdən, pislərə gələn bəladan qorxma. Çünki güvəndiyin Rəbdir... (Süleymanın məsəlləri,  3: 25-26)
İnsandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşayar. (Süleymanın məsəlləri,  29: 25)
…Rəbb Ona sığınanların sipəridir. Rəbdən başqa Allah kimdir ki? Allah'ımızdan başqa üstün güc kimdir ki? Allah məni qüvvəsi ilə bürüyər, yolumu kamil edər. Sən mənə qurtuluş qalxanını verdin... köməyinlə məni yüksəltdin... ayaqlarım büdrəməsin. (Məzmur,  18: 30-32, 35-36)

 

Ədalət anlayışı
Ədalətli olmaq iman gətirən insanların başlıca xüsusiyyətlərindən biridir. Allah qullarına insanlar arasında ədalətlə hökm verməyi, özlərinin və ya yaxınlarının əleyhinə olsa belə, ədalətli olmağı əmr etmişdir. İnananlar ədaləti qoruyan və haqsızlığa izn verməyən insanlardır. Rəbbimiz Quranda müsəlmanlara ədalətli olmağı belə bildirir:


Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah'ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)


Müsəlman üçün qarşısındakı insanın varlı və ya kasıb olması və verəcəyi qərarın mənfəətinə zidd olması heç nəyi dəyişdirməz. Mömin nə olursa-olsun, ədalətdən güzəştə getməz. Bu üstün əxlaq bir Quran ayəsində belə bildirilir:


Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)


Başqa bir ayədə isə kin-küdurətin insanları ədalətsizliyə sövq etdiyi bildirilmişdir:


Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır... (Maidə surəsi, 8)


Ədalət İncil və Tövratda da vacib məsələlərdən biridir. Ədalətə laqeyd yanaşanlar İncildə belə qınanırlar:
Vay halınıza..! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı, bunları yerinə yetirməli idiniz. (Matta,  23: 23)
İncildə başqa fəsillərdə də insanların ədalətli olmaları belə ifadə edilmişdir: 
Zahirə görə hökm etməyin, ədalətlə hökm edin. (Yəhya,  7: 24)
Ey ağalar... qullarınıza ədalətli və insaflı olun. (Koloselilərə,  4: 1)
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız... Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək. (Matta,  7: 1-2)
Tövratda da ədalət gözəl əxlaqlı insanın əsas xüsusiyyəti kimi göstərilir və doğru insanın pisliklərdən uzaqlaşdığı, heç kimə haqsızlıq etmədiyi, yoxsulları qoruduğu ifadə edilir:
Ədalətli olanlar, hər zaman əməlisaleh olanlar necə xoşbəxt insanlardır! (Məzmur,  106: 3)
...Mən onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın... (Yaradılış,  18: 19)
Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin. (Zəkəriyyə,  7: 9)
...Bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin. Mən istəyini yerinə yetirirəm... (1 Padşahlar,  3: 11-12)
Rəbb belə deyir: “Ədaləti qoruyun, salehliyə əməl edin...” (Yeşaya,  56: 1)
Ədalətsiz qanun qoyanların, yoxsullardan ədaləti əsirgəyənlərin, xalqımın kasıblarının haqqını əlindən alanların, dul qadınları soyanların, yetimlərin malını ələ keçirənlərin vay halına! (Yeşaya,  10: 1-2)

 

 

İftira və hücumlardan çəkinmək
Elçilər tarix boyu insanları doğru yola - Allah'ın dininə dəvət etmişlər, onları işıqlandıran və yol göstərən şəxslər olmuşlar. Ancaq hər dövrdə haqq dini izah etdikləri cəmiyyətdə bəzi insanlar Allah'ın elçilərinə qarşı çıxmışlar. Onların təbliğinə mane olmaq üçün bir çox yola baş vurmuşlar. Bu insanlar Allah'ın üstün əxlaqı ilə bütün insanlara nümunə və yol göstərici kimi göndərdiyi elçilərə bir çox böhtan ataraq onlara mane olacaqlarını zənn etmişlər, böhtanlarının istədikləri nəticəni vermədiyini görəndə isə peyğəmbərləri yurdlarından sürgün etməyə, həbs etməyə və hətta öldürməyə də cürət etmişlər.


Qurani-kərimdə keçmişdə yaşamış peyğəmbərlərin mübarizələri və qarşılaşdıqları böhtanlar ətraflı izah edilir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) də Məkkəli müşriklərlə, münafiqlərlə və inkar edənlərlə mübarizəsi Quranda bildirilmişdir. Tarix boyu bütün peyğəmbərlər və iman gətirənlərin bir-birinə bənzər böhtanlarla qarşılaşdığı Quranda bildirilən həqiqətlərdən biridir. Başqa həqiqət də iman gətirənlərin bu böhtan və hücumlar qarşısında heç vaxt ruhdan düşüb zəifləməməsi və mübarizələrinə eyni şövq və əzmlə davam etməsidir.


Divanə (Hicr surəsi, 6), dəlilik (Qələm surəsi, 51), yalançı və sehrbaz (Sad surəsi, 4) kimi böhtanlar Quranda bildirilən və peyğəmbərlərə atılan böhtanlardandır. Bu və buna bənzər böhtanlardan inkarçılar üstün əxlaqlı hz. Muhəmmədə (səv) qarşı da istifadə etmişlər və Peyğəmbərimizi (səv) həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün ona tələ qurmuşlar. (Ənfal surəsi, 30)


Elçilərin yaşadıqlarının bənzərlərini onlarla birlikdə olan və onların yolu ilə gedənlərin də yaşayacağı Quranda belə bildirilmişdir:


Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allah'ın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allah'ın köməyi yaxındır. (Bəqərə surəsi, 214)


İncildə isə hz. İsanın (əs) cinlənməklə (Yəhya, 7/20, 8/48, 8/52), dəliliklə (Yəhya, 10/20), cəmiyyəti yoldan sapdırmaqla (Luka, 23/2), ata-babaların adət-ənənəsinə əməl etməməklə (Mark, 7/5) ittiham edildiyi bildirilir. İncilin müxtəlif hissələrində inanmayanların hz. İsaya (əs) lağ etməyə cürət etdikləri, onun ağır təhqirlərə və hücumlara məruz qaldığı geniş şəkildə izah edilmişdir.
Şübhəsiz, inkar edənlərin çirkin böhtanları onların ağılsızlığının və azğın inanclarının məhsullarıdır. Allah bütün peyğəmbərləri insanlara nümunə olan üstün ağıl, fərasət və əxlaqla yaratmışdır. 


Yalnız elçilər deyil, onlarla birlikdə olan inananlar da müxtəlif böhtan, təhqir və hücumlarla qarşılaşmışlar. Bununla belə, nə zəifləmiş, nə də ümidsizliyə qapılmışlar. Bu həqiqət Quranın “Ali-İmran” surəsinin 146-cı ayəsində belə bildirilir:


Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali-İmran surəsi, 146)


Elçilər inananları bu istiqamətdə məlumatlandırmış və müjdələmişlər. Peyğəmbərimizlə (səv) birlikdə olan möminlərin başlarına gələn çətinliklər qarşısında: Bu, Allah'ın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!(Əhzab surəsi, 22) - dedikləri Quranda bildirilir. Rəbbimiz qətiyyət və üstün əxlaq göstərənlərin imanını və itaətini artıracağını müjdələmişdir.
Peyğəmbərlərin mübarizələri və müxtəlif çətinliklərlə qarşılaşdıqları Tövratda da ətraflı şəkildə bəhs edilir. İncildə isə inananların müxtəlif çətinliklərlə qarşılaşacaqları, ancaq səmimi olaraq iman gətirənlər üçün bunun bir sevinc vəsiləsi olacağı izah edilir:
Salehlik uğrunda əziyyət görənlər necə də xoşbəxtdirlər!.. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz, əslində, xoşbəxt olursunuz. Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Sizdən qabaq peyğəmbərləri də belə təqib ediblər. (Matta,  5: 10-12)
İncildə hz. İsanın (ə.s.), şagirdlərini başlarına gələn zülmlərə qarşı xəbərdar etdiyi və müjdələdiyi bildirilir:
(Hz. İsaya) görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə Siz nə bəxtiyarsınız! O gün sevinin və sevincdən atılıb-düşün. Budur, göylərdə mükafatınız böyükdür. Onların ataları da peyğəmbərlərlə belə davranıb. (Luka,  6: 22-23)
Dar qapıdan girin. Çünki məhvə aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. (Matta,  7: 13-14)
Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıra qədər səbir edən xilas olacaq. (Matta,  10: 22)

 

 

 

Qorxmamaq və kədərlənməmək

Onlar Allah'ın risalətini təbliğ edir, Ondan qorxur və Allah'dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)


Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. (Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Taha surəsi, 45-46)


(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allah'ın neməti və mərhəməti sayəsində geri döndülər və Allah'ın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 173-175)

İncil
Amma əgər salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və ürkməyin. (1 Peter,  3:14)
Beləliklə, onlardan qorxmayın. Çünki (Allah üçün) elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə sirli bir şey yoxdur ki, bilinməsin... Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni Cəhənnəmdə məhv edə bilən Allah'dan qorxun. (Matta,  10: 26-28)
Tövrat
Cəsarətli və möhkəm olun! Onlardan qorxub çəkinməyin! Çünki Allah'ınız Rəbb sizinlə gedir. O, sizi atmaz, tərk etməz!... Başının üstündə Rəbb gedəcək. O, səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə! (Qanunun təkrarı,  31: 6-8)
Cəsarətli və möhkəm olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. (2 Salnamələr,  32: 7)
... Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir. (Nehemya,  8: 10)
... Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, sakitləşib inanmaqla qüdrətli olarsınız... (Yeşaya,  30: 15)
Sənə cəsarətli və möhkəm olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allah'ın Rəbb gedəcəyin hər yerdə səninlədir. (Yeşua,  1: 9)

 

Gecələr hiylə quranlar
Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah'a təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)

Tövrat
Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu insanlar: “Bizi kim görür, kim tanıyır?” - deyirlər. (Yeşaya,  29: 15)

 

Ataların batil dininə itaət etməmək
Allah Quranda bəzi cəmiyyətdə kök salan batil inancları, din adına ortaya qoyulan bəzi anlayışları, vərdişə çevrilmiş bəzi hərəkətləri bəhanə edərək peyğəmbərlərin gətirdiyi haqq dinə qarşı çıxdıqlarını bildirmişdir. Quranda “ataların yolu” kimi bildirilən bu azğın inanc və həeəkətlər İncil və Tövratda “ataların adət-ənənəsi” adlandırılır. Halbuki Allah qatında haqq olan din elçilər tərəfindən təbliğ edilən dindir. İnananlar batil inanclardan və ənənələrdən deyil, Allah'ın kitabından məsul tutulacaqlar. Kor-koranə atalarından öyrəndikləri batil anlayışları tətbiq edən və bu inancları səbəbindən haqq dindən üz çevirən insanların vəziyyəti Quranda belə bildirilmişdir:
Onlara: “Allah'ın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)
Onlara: “Allah'ın nazil etdiyinə və  Elçiyə tərəf gəlin”, –deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”, –deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə  necə olsun? (Maidə surəsi, 104)
Tövratda da insanlara haqq dinin izah edilməsinə baxmayaraq, atalarından öyrəndikləri adət-ənənələrə yönəldikləri və onun böyük pislik olduğu başa düşülür. Peyğəmbərlərə itaət etmək istəməyən insanların batil inanclarına qayıtmaları və buna görə alacaqları əvəzin necə olacağı belə izah edilir:
Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa ilahların tərəfdarı olub onlara qulluq etdilər... Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər... (Yeremya,  11: 10-11)
İncildə hz. İsanın (əs) və ona tabe olanların atalarının adət-ənənəsindən ayrılmaqla ittiham edildikləri izah edilir. Halbuki doğru olan bu insanların müdafiə etdikləri batil ənənə  deyil, hz. İsanın (əs) gətirdiyi din əxlaqına itaət etməkdir. Səmimi olaraq iman gətirənlərin hz. İsanın (əs) gətirdiyi dinə və ona itaət etmələrinin vacib olduğu isə açıq-aşkardır.
Matta İncilində hz. İsanın (əs) təbliğ etdiyi dinə itaət etməməkdə israr edənlərin hz. İsanın (əs) şagirdlərini atalarının ənənələrindən uzaqlaşdıqları üçün qınadıqları belə ifadə edilir:
Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: “Nə üçün şagirdlərin ata-babaların adət-ənənəsini pozur?”... (Matta,  15: 1-2)
Mark İncilində isə hz. İsanın (əs) tələbələrini atalarının ənənələrinə itaət etmədikləri üçün qınayanlara belə cavab verilir:
Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: “Nə üçün sənin şagirdlərin ata-babaların dini adət-ənənəsinə əməl etmirlər?..” Siz Allah'ın əmrini atıb insan adət-ənənəsini tutursunuz. Sonra İsa onlara dedi: “Öz adət-ənənələriniz üçün Allah'ın əmrlərini kənara atmağı necə də yaxşı bacarırsınız!” (Mark,  7: 5-9)
İsa cavabında onlara dedi: “Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allah'ın əmrini pozursunuz?” (Matta,  15: 3)

 

Göstəriş və riyakarlıqdan çəkinmək
İnananların ortaq əxlaq xüsusiyyətlərindən biri də səmimiyyətdir. Mömin Allah'ın hər şeydən xəbərdar olduğunu, axirətdə bütün düşüncələrinin, söhbətlərinin və davranışlarının hesabını verəcəyini bilir. Bu səbəbdən, həyatı boyu yalnız Allah'ın rizasını əldə etmək üçün çalışır, səmimiyyətsizlikdən çəkinir. Etdiklərinin əvəzini Allah'dan gözlədiyi üçün kiçik mənfəətlərin ardınca qaçmır, insanların sevgisini qazanmaq üçün səmimiyyətsiz davranmır.
Quranda peyğəmbərlərin ixlaslı davranışları möminlərə nümunə göstərilmişdir. Allah'ın Tağuta ibadət etməkdən çəkinib Allah'a üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!” (Zumər surəsi, 17) ayəsində bildirildiyi kimi, səmimi qullar üçün müjdə vardır. İbadətlərini göstəriş məqsədilə edənlər haqqında bəzi ayələr belədir:
Ey iman gətirənlər! Sədəqələrinizi özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)
Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)
İncildə inananlara: “Ehtiyatlı olun, özünüzü insanlara göstərmək üçün yaxşılıq etməyin. Yoxsa... Allah'dan mükafat almazsınız” (Matta,  6: 1) -deyə öyüd verilmiş, əməllərinin hamısını insanlar görsün deyə edənlər (Matta,  23: 5) qınanmışdır. Onların riyakarlığı, kənardan parlaq görünən, amma içi hər cür iyrəncliklə dolu ağardılmış məqbərələrə bənzədilərək təsvir edilmişdir:
...Siz ağardılmış məqbərələrə bənzəyirsiniz: bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və haqsızlıqla dolusunuz. (Matta,  23: 27-28)
... Sədəqə verdiyin zaman öz önündə car çəkmə. Çünki ikiüzlülər insanların onları tərifləməsi üçün sinaqoqlarda və küçələrdə belə edirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar. Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki, verdiyin sədəqə gizli qalsın. Gizlidə olanı görən Allah səni mükafatlandıracaq. (Matta,  6: 2-4)
Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar... (Matta,  6: 16)
Tövratda da ibadətlərini göstəriş məqsədilə edənlər qınanmış, sözləri ilə insanları razı salmağa çalışan, ancaq izah etdikləri əxlaqı göstərməkdən çəkinən insanların pis yolda olduqları bildirilmişdir. Davranış və sözləri ilə Allah'a yaxın kimi görünməyə çalışan, ancaq qəlbən Allah'ı təqdir etməyən insanların vəziyyəti belə təsvir edilmişdir:
... Sən onların dillərinə yaxınsan, amma ürəklərindən uzaqsan. (Yeremya,  12: 2)
Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, bəşər övladları arasında vəfalılar yoxdur artıq. Hər kəs başqasına yalan söyləyir, ağzı yalan danışır, ikiüzlülük edir. (Məzmur,  12: 1-2)

 

Din əxlaqında sevginin əhəmiyyəti
Üstəlik Öz tərəfimizdən bir sevgi həssaslığı və paklıq da (bəxş etdik). O, müttəqi idi. (Məryəm surəsi, 13)
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman  bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Tövrat
Qoy səni sevgi və sədaqət tərk etməsin, onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. Onda Allah'ın və insanların gözündə lütfə qovuşub şərəfə nail olarsan. (Süleymanın məsəlləri,  3: 3-4)
Nifrət nifaq yaradar, lakin məhəbbət bütün günahları örtər.  (Süleymanın məsəlləri,  10: 12)
Özünüz üçün salehlik toxumları əkin ki, məhəbbət bəhərini biçəsiniz... Çünki Rəbbə yönəlmək vaxtıdır. (Huşə,  10: 12)
Buna görə də sən Allah'ına üz tut, məhəbbətə, ədalətə bağlan, daima Allah'ına ümid bağla. (Huşə,  12: 6)

İncil
Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin. (Yəhya,  15: 17)
Məhəbbət Allah'ın əmrlərinə görə yaşamağımızı tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə yaşayasınız. (2 Yəhya, 6)

 

Allah, Ona yaxınlaşmaq istəyənə yol göstərər
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən  yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Ey iman gətirənlər! Allah'dan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

Tövrat
Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. (Məzmur,  145: 18)
Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır. (Süleymanın məsəlləri,  8: 17)

İncil
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. (Matta,  7: 7)
Allah'a yaxınlaşın, O da sizə yaxınlaşacaq... (Yaqub,  4: 8)
Amma sən dua etdiyin zaman öz otağına girib qapını ört. Gizlində olan Allah'a dua et. Gizlində etdiyin duanı görən Allah səni mükafatlandıracaq. (Matta,  6: 6)

 

Gözəl söz söyləmək
Allah'ın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O, Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 24-25)

Tövrat
Səbirlə hökmdarı da inandırmaq olar, şirin dil sümükləri belə yumşaldar.  (Süleymanın məsəlləri,  25: 15)
Qəlbində hikmət olan dərrakəli adlanar, şirindilli olan müdrikliyi artırar. (Süleymanın məsəlləri,  16: 21)
… Niyyətim budur ki, ağzım öz həddini aşmasın. (Məzmur,  17: 3)
 Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, şər insanın dilindən pislik tökülər. (Süleymanın məsəlləri,  15: 28)

İncil
Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. (Efeslilərə,  4: 29)
 Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə, hər insana necə cavab vermək lazım olduğunu biləsiniz. (Koloselilərə,  4: 6)
Ey gürzələr nəsli, siz pis olduğunuz halda, necə yaxşı sözlər söyləyə bilərsiniz? Çünki ağız ürəyi dolduran fikirləri söyləyir. Yaxşı insan yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis insan isə pislik xəzinəsindən pis şeylər çıxarır. Mən sizə deyirəm: “İnsanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. Çünki öz sözlərinə görə bəraət qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan”. (Matta,  12: 34-37)
Ağızdan çıxan isə ürəkdən çıxar və insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. İnsanı murdar edən şeylər bunlardır... (Matta,  15: 18-20)

 

Verilən öyüd-nəsihətləri dinləmək
Biz sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar. (Qəsəs surəsi, 51)
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəh­­mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)
Tövrat
Qəlbini tərbiyəyə, qulaqlarını bilik sözlərinə ver. (Süleymanın məsəlləri,  23: 12)
Ya Rəbb, xilasına ümid bəsləmişəm, əmrlərinə əməl etmişəm. Öyüdlərinə ürəkdən bağlanmışam, onları çox sevirəm! (Məzmur,  119: 166-167)
Başçılar yığılıb mənim üçün sui-qəsd qurdular, lakin mən qulun Sənin qaydalarını dərin düşünürəm. Öyüdlərindən zövq alıram, onlardan məsləhət alıram. (Məzmur,  119: 23-24)
Təkəbbürdən ancaq münaqişə yaranar, yaxşı nəsihətə qulaq asanın hikməti var.  (Süleymanın məsəlləri,  13: 10)

İncil
Öz rəhbərlərinizə itaətkar olun və onlara tabe olun... (İbranilərə,  13: 17)

Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. (Yaqub,  1: 22)

 

 

Yaxşılıq anlayışı
İnsanlar yaxşılıq anlayışı barədə müxtəlif fikrə sahibdirlər. Bunu bəziləri dilənçiyə cüzi miqdarda pul vermək, bəziləri yaşlı insanın yol keçməsinə kömək etmək, bəziləri yalan danışmamaq şəklində başa düşür. Əlbəttə ki, bunlar yaxşı və gözəl davranışlardır, ancaq bunlar yaxşılığın nə demək olduğunu əhatə etmək üçün kifayət deyil. Allah əsl yaxşılığın nə olduğunu Quranda qullarına bildirmişdir:


Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah'a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)


O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər... (Rəd surəsi, 22)


İnananlar haqsızlıqdan çəkinən, haqsız qazanca əsla yanaşmayan, dürüstlüyü heç vaxt buraxmayan, yoxsulları qoruyan, insanlara hörmət edən, mərhəmətli və həlim  davranan insanlardır. Yaxşılıq edər, insanları da yaxşılıq etməyə təşviq edərlər. Tövratda bəzi yerlərdə inananların yaxşılıq anlayışı belə ifadə edilir:


Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, haram yolla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan... (Yeşaya,  33: 15)
Əgər bir insan salehdirsə, ədalətli və saleh işlər görürsə, dağlarda bütlərə gətirilən qurbandan yemirsə, gözlərini İsrail nəslinin bütlərinə dikmirsə... kimsəyə haqsızlıq etmirsə, borclunun girovunu qaytarırsa, soyğunçuluq etmirsə, ac olana çörək verirsə, çılpaq olanı geyindirirsə, sələmlə borc pul vermirsə, pis əməldən çəkinirsə, iki adam arasında ədalətlə mühakimə edirsə, Mənim qaydalarıma görə rəftar edirsə, hökmlərimə sədaqətlə əməl edirsə, bu insan salehdir... (Yezekel,  18: 5-9)
İncildə insanların ancaq iman gətirib yaxşılıq etdikləri zaman dünyada və axirətdə gözəllik qazanacaqları bildirilir. İncildə bildirilən yaxşılıq anlayışını təsvir edən izahlardan biri belədir:


Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et. O şəxs İsadan: “Hansı əmrlərə?” - deyə soruşdu. İsa da dedi: “Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata-anana hörmət et və qonşunu özün kimi sev”. Gənc adam İsaya dedi: “Bunların hamısına əməl etmişəm, daha nəyim çatışmır?” İsa ona dedi: “Əgər kamil olmaq istəyirsənsə, get nəyin varsa, satıb kasıblara payla…. Sonra qayıt, mənim ardımca gəl”. (Matta,  19: 17-21)
Səndən mal istəyən hər kəsə ver və sənin malını aparandan o malı geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər siz ancaq sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. (Luka,  6: 30-33)

 

Pisliyi yaxşılıqla dəf etmək
Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər. (Qəsəs surəsi, 54)
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

İncil
Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. (1 Peter,  3: 9)
Sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin. Bir üzünə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. (Luka,  6: 27-29)

Tövrat
Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki başına köz tökərsən, bunun əvəzini Rəbbdən alarsan.  (Süleymanın məsəlləri,  25: 21-22)
Heç kəsdən qisas alma, heç kimə kin saxlama... Qonşunu özün kimi sev... (Levililər,  19: 18)
Xeyirxahlıq və sədaqət hər təqsirə kəffarə olar, insan Rəbb qorxusuna görə pislikdən dönər. (Süleymanın məsəlləri,  16: 6)

 

Pis əxlaq xüsusiyyətləri
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da fırıldaqçıya – o  var-dövlət və oğul-uşaq sahibi olsa belə. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” deyər. (Qələm surəsi, 10-15)
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)

İncil
Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, böhtançı... söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə öndə gedən, ata-anaya itaətsiz, axmaq, xain, şəfqətsiz və rəhmsizdir. (Romalılara  1: 29-31)

Tövrat
Qoy ata-babaları kimi olmasınlar, çünki onlar dikbaş, asi bir nəsil idi. Allah'a ürəkləri dönük, könülləri vəfasız idi. (Məzmur,  78: 8)
Əgər bu oğul zorakılıq edib qan tökürsə, soydaşına qarşı bu işlərdən birini görürsə, dağlarda gətirilən qurbandan yeyirsə, qonşusunun qadınını ləkələyirsə, fəqirə və yoxsula haqsızlıq edirsə, soyğunçuluq edirsə, girovu qaytarmırsa, gözlərini bütlərə dikirsə, iyrənc işlər görürsə. (Yezekel,  18: 10-12)
Əlləri qurğu qurmağı öyrənməsin deyə hiyləgərlərin fəndini pozur. Çoxbilmişi hiylə qurarkən yaxalayır, fəndgirlərin oyununa son qoyur. (Əyyub,  5: 12-13)
Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib, yalançı şahid olmayın... Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə, yalandan uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət  qazandırmayacağam. Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər.  (Çıxış,  23, 1-8)

 

Əfvedici olmaq
İnsan yanılmağa və xəta etməyə meyillidir. Həyatı boyu dəfələrlə xəta edir, eyni zamanda, dəfələrlə ətrafındakı insanların xətalı davranışları ilə qarşılaşır. Cahiliyyə əxlaqını yaşayan insanların əksəriyyəti isə xətalara qarşı dözümsüzdür, xəta edən insana qarşı səbirli davranmırlar. Xüsusilə də həmin xətadan zərər görəndə daha mərhəmətsiz olurlar. Din əxlaqı isə əfvedici və sevgi ilə yanaşmağı öyrədir. İman gətirənlər aciz qul olduqlarını bilirlər. Qarşılarındakı insanın etdiyi xətanın bənzərini özlərinin də edə biləcəyini düşünərək davranırlar. İnsanlara gözəl söz söyləyir, əfvedici olurlar. Əfv etməyin Rəbbimizin qatında üstün əxlaq olduğu Quranda belə bildirilir:
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah zəngindir, Həlimdir. (Bəqərə surəsi, 263)
Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, Qadirdir. (Nisa surəsi, 149)
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Quranda Allah'ın bağışlamasını istəyən insanın əfvedici olmasının lazım olduğu  bildirilmişdir:
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə  verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah'ın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir. (Nur surəsi, 22)
Tövratda da iman gətirən insanın mütləq səbirli və əfvedici olmasının lazım olduğu bildirilir. Bir xəta ilə qarşılaşanda onu böyütməmək, insanlara qəzəblənib intiqam almağa çalışmamaq lazımdır. Mövzu ilə bağlı Tövratda belə bildirilir:
Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf gətirər. (Süleymanın məsəlləri,  19: 11)
Sevgi istəyən günahları bağışlayar, sözgəzdirən əziz dostları ayırar. (Süleymanın məsəlləri,  17: 9)
Demə: “Mənə etdiyini mən də ona edəcəyəm, onun əməlinin əvəzini verəcəyəm”. (Süleymanın məsəlləri,  24: 29)
İncildə insanın qarşısındakını bağışladığı zaman özünün də bağışlanacağı (Luka,  6: 37) bildirilmiş, inananların: “Bizə qarşı günah edənləri bağışladığımız kimi Sən də bizi bağışla” (Matta,  6: 12) - deyərək Allah'a dua etmələri tövsiyə edilmişdir. İnananların insanlara qarşı sevgi ilə və əvfedici davranması İncildə başqa bir yerdə belə bildirilmişdir:
...Mərhəmət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbir libasını geyinin. Bir-birinizə qarşı səbirli olun və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. (Koloselilərə,  3: 12-13)
“Qonşunu sev və düşməninə nifrət et”, -deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin... Çünki O (Allah) günəşini həm pislərin, həm yaxşıların üzərinə doğdurur. Yağışını isə həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər siz yalnız sizi sevənləri sevirsinizsə, artıq nə mükafatınız olacaq?.. (Matta,  5: 43-46)
Sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin. (Luka  6: 27-28)
...Siz isə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və onlardan heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq... (Luka,  6: 35)
Əgər başqalarının təqsirlərini bağışlasanız, Allah da sizi bağışlayar. (Matta,  6: 14)

 

Xəsislikdən çəkinmək
Xəsislik Quranda bildirilən pis əxlaq xüsusiyyətlərindəndir. Malın və mülkün əsl sahibinin Allah olduğunu qavraya bilməyən insanlar sahib olduqları imkanlara həvəslə bağlanır və onların sonsuza qədər özlərində qalacağını zənn edirlər. Ya da sahib olduqları var-dövlətə görə heç bir zərər görməyəcəklərini, maddi imkanlarının onları qoruyacağını zənn edirlər. Halbuki mal-dövlətə güvənib etibar etmək böyük yanılmadır. Çünki insanın sahib olduğu hər şeyin əsl sahibi uca Allah'dır. Allah istədiyi insanı varlı, istədiyi insanı da kasıb edər. Varlı olan insanın sahib olduğu imkanlara görə lovğalanması, kasıb olan şəxsin də bu səbəbdən ümidsizliyə düşməsi Quranda qadağan edilmişdir. İman gətirənlər Rəbbimizin verdiyi nemətlər qarşısında Ona könüldən şükür edir və verilən nemətləri Allah yolunda ən gözəl şəkildə qiymətləndirirlər. İmkanı olmayanlar da bu vəziyyətin bir xeyir və hikmətinin olduğunu bilərək gözəlliklə səbir edirlər.
Cahiliyyə əxlaqını yaşayan insanların bir qismi isə olduqca xəsisdirlər. Malları ilə öyünür, ehtiyacı olanlara kömək etmək istəmirlər. Şübhəsiz, bu, Allah'ın razı olmadığı bir davranışdır. Unutmamaq lazımdır ki, Allah hər cür əskiklikdən münəzzəhdir, heç nəyə ehtiyacı olmayandır. Zəkat verib əcr qazanmağa möhtac olan isə insandır. Xəsislik edən insanın bu rəftarı öz əleyhinə olacaq. Bir ayədə belə bildirilir:
Budur, siz Allah yolunda  xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhəmməd surəsi, 38)
Malın, mülkün onu əbədi edəcəyini zənn edən insan böyük xəta edir. Bunların Allah qatında heç bir dəyərinin olmadığı bəzi Quran ayələrində belə izah edilir:
Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir”, –dedilər. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu  bilmir”. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 34-37)
Tövratın “Yeşaya” hissəsində: “Yer qalmayana qədər evi evə, tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, məgər bu ölkədə tək siz yaşayırsınız?” (Yeşaya, 5: 8) -deyə bildirildiyi kimi, mal toplamaq və bu mövzuda həvəsə düşmək pis əxlaq xüsusiyyətidir. Tövratda xəsisliyin qınandığı, comərdliyin tərifləndiyi yerlərdən bir qismi belədir:
…Məzlum soydaşınıza qarşı əliniz bağlı olmasın. Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımi qədər verin. (Qanunun təkrarı,  15: 7-8)
Könlü rahatlıq nədir bilməz, zövq aldığı şeylər onu xilas etməz. Yeməyindən artıq qalmayacaq, ona görə, firavanlığı çox davam etməyəcək. Bolluq içində əzaba düçar olacaq, ona fəlakət toxunacaq. Qarnını dolduranda... üzərinə qəzəb göndərəcək. (Əyyub,  20: 20-23)
Əliaçıq insanın bərəkəti artar, başqasının qazancını yeyən ehtiyaca düşər. Comərd bolluğa qovuşar, su verənə su verilər. (Süleymanın məsəlləri,  11: 24-25)
İncildə də bu mövzuya diqqət çəkilmiş, bəzən var-dövlətin insanları din əxlaqını yaşamağa mane olduğu bildirilmişdir. (Matta,  19: 23) İnsanlara: “Siz həm Allah'a, həm də var-dövlətə qulluq edə bilməzsiniz”, - deyə bildirilmişdir. (Allah'ı tənzih edirik ) (Luka,  16: 13) Malını yığaraq rahatlığa qovuşacağını düşünən ağılsız insanın qissəsi İncildə belə izah edilir:
Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşündü:... Axı nə edim? Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm. Bütün taxılımı və malımı oraya yığaram. Canıma deyərəm ki, ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. Amma Allah ona dedi: “Ey axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq? Özü üçün xəzinə toplayan, amma Allah'ın önündə varlı olmayan hər bir insanın axırı elə olacaq”. (Luka,  12: 16-21)

 

Zəkat vermək
Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir. Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) əhatəedəndir, biləndir. (Bəqərə surəsi, 267-268)
Sevdiyiniz şeylərdən  xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali-İmran surəsi, 92)
Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 274)
Mallarını Allah'ın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o, öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 265)

İncil
İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton atdı. İsa şagirdlərini yanına çağırıb onlara dedi: “Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. Çünki əvvəlkilərin hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi. (Mark,  12: 41-44)
...İki köynəyi olan, birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün... (Luka,  3: 11)
Ehtiyac içində olan müqəddəslərə kömək edin. Qonaqpərvər olmağa səy edin. (Romalılara,  12: 13)
...Müftə aldınız, müftə verin. (Matta,  10: 8)

Tövrat
Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allah'ınız Rəbb Mənəm. (Levililər,  19: 10)
Torpağınızda məhsul biçəndə tarlanın kənarlarını biçməyin və biçindən düşən məhsulu yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın... (Levililər,  23: 22)
Yediyiniz çörəyi acla bölüşmək, evsiz-eşiksiz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? (Yeşaya,  58: 7)
Kimsəyə haqsızlıq etmirsə, borclunun girovunu qaytarırsa, soyğunçuluq etmirsə, ac olana çörək verirsə, çılpaq olanı geyindirirsə. (Yezekel,  18: 7)

 

 

Başqalarını xəbərdar edib özünü unutmamaq
İnananlar başqa insanları Allah'ın istədiyi kimi yaşamağa təşviq edirlər, xətalarını  düzəltmək üçün onlara kömək edirlər. İnananlar bunu ancaq Allah'ın razılığını qazanmaq üçün edirlər. Riyakar və səmimiyyətsiz insanlar isə xəbərdarlıqları dünyəvi mənfəət güdərək edirlər. Onlar Allah'ın dininə xidmət etmək üçün hərəkət etmirlər, etibar görmək, cəmiyyətdəki məqamlarını qorumaq və ya insanların razılığını və hörmətini qazanmaq kimi  boş və şeytani məqsədlər güdürlər.
Səmimiyyətsiz insanlar Quranda da belə xəbərdar edilmişlər:
Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız? (Bəqərə surəsi, 44)
İncildə hz. Musanın (əs) ardınca getdiklərini iddia edən, ancaq onun öyrətdiyi əxlaqı yaşamayan şəxslər qınanmışdır. Onların bu xüsusiyyəti belə izah edilir:
... Söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə tərpətmək istəməzlər. (Matta,  23: 3-4)
Əgər insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və peyğəmbərlərin söylədiyi budur. (Matta,  7: 12)

 

Sən nə üçün qardaşının gözündəki çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən ki, icazə ver, gözündəki çöpü çıxarım. Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, sonra qardaşının gözündəki çöpü çıxarmaq üçün cəhd elə. (Matta,  7: 3-5)

 

Şükür etmək
Şükür etmək Allah'ın verdiyi nemətlərin qarşılığında, Ona olan dərin sevgi hisslərini dilə gətirməkdir. Hər cür nemətin Allah'dan gəldiyini ifadə etməkdir. İnsan diqqətli olsa, bu qədər saysız-hesabsız neməti ona verənin Allah olduğunu və O istədiyi üçün bunlara sahib olduğunu anlaya bilər. Əlinizdəki kitabı oxuduğunuz anda bədəninizdə yüz trilyon hüceyrənin hər birinin sizin üçün çalışması və vəzifələrini axsatmadan yerinə yetirməsi Allah'ın üzərinizdəki nemətlərinin çox kiçik hissəsidir.
İnananlar hansı vəziyyətdə olmalarından və hansı hadisəni yaşamalarından asılı olmayaraq, Allah'a şükür edirlər. İnkar edənlər isə şükür etməyi düşünmürlər belə. Şübhəsiz, bu, böyük nankorluqdur.
Şükür etmək Quranın müxtəlif ayələrində bildirilən və möminlərin həssaslıqla yerinə yetirməli olduğu bir ibadətdir. Bu mövzudakı bəzi ayələr belədir:
Sən yalnız Allah'a ibadət et və şükür edənlərdən ol! (Zümər surəsi, 66)
Allah'ın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allah'a ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi,114)
Bununla yanaşı, Quranda şükür edənlərin daha çox nemətə qovuşacağı, nankorluq edənlərin isə Allah'ın şiddətli əzabına layiq olacağı xəbər verilmişdir:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)
İncildə “hər vəziyyətdə şükür edin” yazılmışdır. (1 Saloniklilərə,  5: 18) Hz. İsanın (əs) həyatının təsvir edildiyi hissələrdə də müxtəlif vəsilələrlə onun Allah'a şükür etdiyi bildirilir. Əlbəttə, bu gözəl davranış inananlar üçün nümunədir.
İsa onlardan soruşdu: “Neçə çörəyiniz var?” Onlar dedilər: “Yeddi və bir neçə kiçik balığımız var”. Onda İsa camaata əmr etdi ki, yerdə otursunlar. Yeddi çörəklə balıqları götürdü və şükür duası edərək bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. Hamı yeyib-doydu. Artıq qalan tikələri yığdılar, yeddi səbət doldu. Yeyənlər isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. (Matta,  15: 34-38)
Tövratda da inananlara şükür etmələri bildirilir. Bununla bağlı bəzi izahlar bu şəkildədir:
Ey Rəbbin möminləri, Onu tərənnüm edin, müqəddəsliyini yada salın, Ona şükürlər edin. Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allah'ım, Sənə daim şükür edəcəyəm! (Məzmur,  30: 4, 12)
Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, bütün xariqələrini deyəcəyəm. Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, ey Haqq-Təala, adını tərənnüm edəcəyəm! (Məzmur,  9: 1-2)
Dərgahına şükürlərlə, həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, adına alqış söyləyin. (Məzmur,  100: 4)
Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin adına həmd edin! (Məzmur,  113: 1)
...Sənə şükür və həmd olsun... (Daniel,  2: 23)
Ey Allah, biz Sənə şükür edirik... (Məzmur, 75: 1)
“Rəbbə şükür edin, adları ilə Onu çağırın, əməllərini xalqlar arasında elan edin! Onu ən gözəl şəkildə tərənnüm edin, bütün xariqələrini bəyan edin! Onun müqəddəs adı ilə fəxr edin, ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! (1 Salnamələr,  16: 8-10)
Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, möminlərin Sənə alqış edəcək. (Məzmur,  145: 10)

 

 

Qəzəbi boğmaq
Qəzəb insanın hadisələri sağlam şəkildə və ağılla qiymətləndirməsinə, düzgün və ədalətli qərar verməsinə mane olur. Qəzəb insanı Allah'ın istədiyi şəkildə davranmaqdan, anlayışlı və mərhəmətli olmaqdan çəkindirir. Məhz bu səbəbdən, mömin qəzəbini boğmalıdır. Beləliklə, qəzəb və hiddət hisslərinin səbəb olacağı xətalı davranışlardan və müxtəlif zərərlərdən də qorunurlar. Quranda qəzəblərini boğanların əxlaqı təriflənmişdir:
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da  xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)
İncildə qəzəbin pis xüsusiyyət olduğu, qardaşına qəzəblənənlərin mühakimə olunacaqları bildirilmişdir:
Qoy hər cür kinlə birlikdə, hiddət, qəzəb, böhtan büsbütün sizdən uzaq olsun. (Efeslilərə,  4: 31)
Mən isə sizə deyirəm ki, qardaşına və bacısına hirslənən hər kəs mühakimə olunacaq... (Matta,  5: 22)
Tövratda da inananlara qəzəblənməmək tövsiyə edilir:
Səfeh dərhal qəzəbini büruzə verər, uzaqgörən şərəfsizliyin üstünü örtər.  (Süleymanın məsəlləri,  12: 16)
Hövsələsizlik ağılsızlıq gətirər... (Süleymanın məsəlləri,  14: 17)
...Səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma. Qəzəbi at, hiddətdən çəkin, narahat olma, bunlar insanı şərə salar. (Məzmur,  37: 7-8)
Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva salar. (Vaiz,  7: 9)

 

 

Dua etmək
İnsanlar müxtəlif səbəblərlə müxtəlif zamanlarda Allah'a dua edirlər. Duanın mənasını bilməyən insan yox kimidir. İnananların duası müşriklərin duasından tamamilə fərqlənir. İnananlar yalnız Allah'a yönələrək, içdən və daima dua edirlər. Ancaq insanın göstəriş etmək, mənfəət əldə etmək və ya bir problemlə qarşılaşdığı zamanlarda sıxıntıdan qurtulmaq üçün etdiyi dualar Allah qatında məqbul olmaya bilər.
Duanın izah edildiyi bəzi Quran ayələri belədir:
O, (əbədi) yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək, dua edin... (Mömin surəsi, 65)
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. (Əraf surəsi, 55)
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar... (Kəhf surəsi, 28)
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən  yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Duanın vacibliyi və inananların etdikləri duaların nümunələri İncil və Tövratda da verilir. İncildə dua ilə bağlı izahlar belədir:
Hər cür dua və yalvarışla... Allah’a yaxınlaşın. Bu məqsəd uğrunda güclü və qətiyyətli olun və bütün müqəddəslər üçün dua edin. (Efeslilərə,  6: 18)
Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın... (Matta,  6: 5)
Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin... (Matta,  6: 7)
İmanla dua edərək hər nə istəsəniz, alacaqsınız. (Matta,  21: 22)
Özünüzü duaya həsr edin və duada şükür edin. (Koloselilərə,  4: 2)
İstəyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün, sizə açılacaq. Çünki hər istəyən alar, axtaran tapar, qapı döyənə açılar. (Matta,  7: 7-8)
Tövratda da duanın vacib bir ibadət olduğu, iman gətirənlərin duasının necə olacağı, Allah'ın dualara cavab verdiyi bildirilir:
Sənə sarı əllərimi açmışam, bir quraq torpaq kimi Sənin üçün susamışam. Ya Rəbb, mənə tez cavab ver... hər səhər məhəbbətini mənə hiss etdir, çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, çünki varlığımı Sənə verirəm. Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. Mənə Sənin iradənə təslim olmağı öyrət, çünki mənim Allah'ım Sənsən... Doğru yolu mənə göstər... Salehliyin naminə canımı dardan qurtar. (Məzmur,  143: 6-11)
...Təvazökar olsa, dua edib Məni axtarsa və pis yollardan qayıtsa, o vaxt... onların günahını bağışlayacağam və torpaqlarını bərəkətləndirəcəyəm. (2 Salnamələr,  7: 14)
Ya Rəbb... Səni çağırıram... Ya Rəbb, ...Məni atma, tərk etmə, ey məni qurtaran Allah'ım!.. Ya Rəbb, yolunu mənə öyrət... Mənə düz yolda rəhbərlik et. (Məzmur,  27: 7-11)
Dua edəndə Allah ondan razı qalar, sevinərək Allah'ın üzünü görər, Allah onun vəziyyətini düzəldər. (Əyyub,  33: 26)

 

 

Tövbə etmək
Hər insan həyatı boyu müxtəlif xəta və səhvlər edə bilər. Ona görə də səhvini başa düşüb qəti şəkildə onu düzəltməyə qərar verməli və Allah'dan bağışlanma diləməlidir. İnsan dəfələrlə tövbə etsə də, bəzən tövbəsini poza bilir. Bu, bir daha tövbə etməyəcəyi demək deyil. Allah hər şeyi görür, eşidir və bilir. İnsanın qəlbində gizlədiklərini də bilir. Yəni Allah'ı aldatmağa çalışanlar (Allah'ı tənzih edirik), əslində, özlərini aldadırlar.
İnsan sonsuz şəfqət və mərhəmət sahibi olan Allah'ın mərhəmətinə sığınmalı və tövbəni gecikdirməməlidir. Çünki ölüm anındakı tövbəsi qəbul edilməyə bilər. İnsanların tövbə etməyə çağırılmaları bəzi Quran ayələrində belədir:
...Hamınız Allah'a tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31)
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 39)
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhm­­lidir! (Furqan surəsi, 70)
İncildə tövbəyə dair bəzi ifadələr belədir:
Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm. (Luka,  5: 32)
Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. (Luka,  13: 5)
...Allah'ın Səltənəti yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın. (Mark,  1: 15)
Tövratda tövbə ilə bağlı belə bildirilir:
Tövbə edən sakinləri də salehliklə xilas olacaq. (Yeşaya,  1: 27)
Qulaqlarıma sorağın çatmışdı... Ona görə, özümdən zəhləm gedir, torpağın, külün içində tövbə edirəm. (Əyyub,  42: 5-6)

 

Sadəcə Allah'ın razılığını axtarmaq
İnsanlardan: “Allah üçün nə etmisən?” - deyə soruşanda müxtəlif cavablar verirlər. Bəziləri kasıbları doyurduğunu, bəziləri müxtəlif ibadətlər etdiyini, bəziləri də dua etdiyini söyləyir. Bunlar, şübhəsiz, gözəl davranışlardır. Ancaq insan yalnız müəyyən vaxtlarda Allah üçün gözəl davranışlar edib, digər vaxtlarında Allah'ın varlığından və hesab gününün yaxınlığından qafil olmamalıdır. İman gətirən insan Allah'ın onu əhatə etdiyini unutmur və həyatının hər anında Allah'ın razılığını və sonsuz Cənnəti qazanıb sonsuz Cəhənnəmdən xilas olmaq üçün əlindən gələni edir.
Quranda iman gətirənlərin ibadətlərinin, yaşayışlarının və ölümlərinin yalnız aləmlərin Rəbbi olan Allah üçün olduğu bildirilmişdir (Ənam surəsi, 162). Bu, möminin bütün həyatının yeganə məqsədə - Allah'ın razılığını qazanmağa yönəlməsi deməkdir. Allah Quranda Özünün razılığını qazanmağa çalışanların xilas olacağını bildirmişdir:
Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Quranda hz. Süleymanın (əs) duasında Allah'dan Onun razılığını qazana biləcəyi işləri ona ilham etməsini istədiyi bildirilir. Hz. Süleymanın (əs) bu duası bütün möminlər üçün gözəl nümunədir:
...”Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml surəsi, 19)
Tövratda da iman gətirənlərin Allah'a: “Mənə Sənin iradənə təslim olmağı öyrət”, - deyə dua etdikləri ifadə edilir:
Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. Mənə Sənin iradənə təslim olmağı öyrət, çünki mənim Allah'ım Sənsən... (Məzmur,  143: 9-10)
Rəbb... təmiz düşüncələrdən razı qalar. (Süleymanın məsəlləri,  15: 26)
Rəbb… Həqiqəti yerinə yetirənlərdən razı qalar. (Süleymanın məsəlləri,  12: 22)
Rəbb… yolu kamil olanlardan razı qalar. (Süleymanın məsəlləri,  11: 20)
Dua edəndə Allah ondan razı qalar, sevinərək Allah'ın üzünü (rizasını) görər, Allah onun vəziyyətini düzəldər. (Əyyub,  33: 26)
…Rəbb mənə dayaq oldu. O, məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı. (Məzmur,  18: 18-19)
Rəbbi, Onun qüvvətini axtarın, daim hüzurunu (rizasını) axtarın. Yaratdığı xariqələri, möcüzələri və hökmləri xatırlayın... Allah'ımız Rəbb Odur, hökmü bütün yer üzərindədir. (Məzmur,  105: 4-7)
İncildə də hz. İsanın (əs) ona tabe olanları Allah'ın rizasını qazanmaq üçün çalışmağa çağırdığı bildirilir. Hz. İsanın (əs) hər zaman yalnız Allah'ın razı olacağı üstün əxlaq göstərdiyi ifadə olunmuş və bütün inananların hz. İsa (əs) kimi davranmaları əmr edilmişdir. İman gətirənlərin harada hansı işlə məşğul olmalarından asılı olmayaraq, gördükləri bütün işləri yalnız Allah üçün etmələrinin vacib olduğu İncildə belə bildirilir:
Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allah'ın İzzəti üçün edin. (1 Korinflilərə,  10: 31)
...İtaət edin. Bunu insanları razı salmaq üçün... deyil, səmimi qəlbdən, Allah'dan qorxaraq edin. Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün canla-başla edin. (Koloselilərə,  3: 22-24)
...Allah'ın iradəsinə təslim olan oraya (Cənnətə) girəcək. (Matta,  7: 21)

 

Səbirli olmaq
İnsan hövsələsiz yaradılmışdır, hər arzusunun tezliklə həyata keçməsini istəyir. Halbuki hər iş üçün Allah qatında müəyyən edilmiş bir zaman var. Heç kim bunu önə keçirməyə və ya təxirə salmağa qadir deyil. Yəni mömin səbir etməyi bacarmalıdır. İstər elçilər, istərsə də inananlar qarşılarına çıxan çətinliklərə ölənə qədər səbir ediblər.
Quranda “Rəbbin üçün səbir et” (Müddəssir surəsi, 7) hökmü bildirilmişdir. Yəni səbir etmək bir ibadətdir. Möminlərin səbri təmkinli səbirdir (Məaric surəsi, 5). Qısa dünya həyatında səbir edənlər belə müjdələnmişlər:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Üstəlik, səbir möminlərə maddi və mənəvi qüvvət qazandıran gözəl əxlaq xüsusiyyətidir. Allah Quranda Peyğəmbərimizin (səv) dövründə cəhd edən möminlərdən 20 səbirli insanın 200 nəfəri məğlub edə biləcəyini bildirmişdir. 100 səbirli möminin isə 1000 insanı məğlub edə biləcəyini xəbər vermişdir. Bu müqayisə göstərir ki, səbir iman gətirənlərə böyük güc qazandırır:
...Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr... (Ənfal surəsi, 65)
Tövratda da səbrin əhəmiyyəti vurğulanmış və səbir edənlərin üstün olduqları bildirilmişdir:
İgid olmaqdan səbirli olmaq yaxşıdır... (Süleymanın məsəlləri,  16: 32)
Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf gətirər. (Süleymanın məsəlləri,  19: 11)
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma. (Məzmur,  37: 7)
Kəmhövsələ dava yaradar, səbirli münaqişəni sovuşdurar.  (Süleymanın məsəlləri,  15: 18)
İncildə də inananların səbirli olmaları müxtəlif izahlarla bildirilmişdir. Bunlardan bəziləri belədir:
Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, gözəl əxlaqı öyrətməyə qadir, səbirli olmalıdır. (2 Timoteyə,  2: 24)
...Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə... (Efeslilərə,  4: 2)
...Zəiflərə kömək edin, hamıya qarşı səbirli olun. (1 Saloniklilərə,  5: 14)
Amma sonadək səbir edən xilas olacaq. (Matta,  24, 13)

 

Düşünmək
Quranın bir çox ayələrində insanlar düşünməyə dəvət edilirlər. Allah Quranda insanlara Quran ayələri, insanın yaradılışı, təbiət hadisələri, verilən nemətlər, digər canlılar üzərində  dərin düşünməyi tövsiyə etmişdir. Bu şəkildə, insanlar Allah'ın varlığının dəlillərini və yaradılış həqiqətlərini dərin şəkildə qavraya bilər. Bu həqiqət bir ayədə belə bildirilir:
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)
Möminlərin dərin düşünən və düşündüklərindən nəticə çıxaran insanlar olduğu Quranda belə bildirilmişdir:
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)
İnsan hara baxırsa-baxsın, hara gedirsə-getsin, Allah'ın sonsuz elminin, tayı-bərabəri olmayan sənətinin, sərhədsiz qüdrətinin, ucalığının və böyüklüyünün əsərləri ilə qarşılaşar. Ancaq insan bu həqiqəti qavramaq üçün ön mühakimələrdən qurtulmalı, əhatəsindəki varlıqları və hadisələri diqqətli şəkildə araşdırmalıdır. Səmimi düşünən insan qarşılaşdığı hadisələrdən məna çıxarar və ibrət alar. Beləliklə, Allah'ın gücünü və əzəmətini daha yaxşı təqdir edər, Ona olan sevgisi, hörməti və bağlılığı artar.
İncildə səmimi iman gətirənlərin düşünmələri və gördüklərindən ibrət almaları ifadə edilmişdir. Düşünməyə dəvət edən bəzi İncil ifadələri belədir:
... Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Ürəyiniz hiss etmirmi? (Mark,  8: 17)
Qardaşlar, aldığınız çağırış barəsində düşünün... (1 Korinflilərə,  1: 26)
Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək. (2 Timoteyə,  2: 7)
Tövratda Allah'ın yaratma sənətini və qüdrətini düşünməyin vacib olduğu bildirilmiş, iman gətirənlər dərin düşünməyə dəvət edilmişlər. Tövratda dərin düşünmə ilə bağlı bəzi izahlar belədir:
Gecə-gündüz bu təlimatı dərin düşünər. (Məzmur, 1: 2)
Yatanda belə Səni xatırlayıram, gecə növbələrində Səni düşünürəm. (Məzmur,  63: 6)
Öyüdlərinin ardınca gedərkən sevinirəm, sanki, bolluca var-dövlətə qovuşmuşam. Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm. Qaydalarından zövq alıram, sözünü unutmuram. (Məzmur,  119: 13-16)
Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə təfəkkür edirəm. (Məzmur,  77: 12)

 

Gözəl əxlaqa çağırmaq
Elçilər və inananlar tarix boyu insanları Allah'ın yoluna və gözəl əxlaqa dəvət etmişlər. Allah'ı, axirəti, Cənnət və Cəhənnəmi, gözəl əxlaqı izah edərək onları Allah'ın istədiyi kimi yaşamağa çağırmışlar. Bir Quran ayəsində: Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et” (Nəhl surəsi, 125) -deyə əmr edilmişdir. Müxtəlif Quran ayələrində uca Allah'a çağıran və gözəl əxlaqın tətbiq olunmasına çalışanlar təriflənmiş və müjdələnmişlər:
Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah'ın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)
“Ali-İmran” surəsinin 113-114-cü ayələrində kitab əhlinin, yəni Allah qatından kitab verilmiş yəhudi və xristianların içindəki topluluğa diqqət çəkilir. Gözəl əxlaqa dəvət edən səmimi, saleh yəhudi və xristianlardan ibarət olan bu topluluq ayələrdə belə təsvir edilir:
Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah'ın ayələrini oxuyurlar. Belələri Allah'a, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali-İmran surəsi, 113-114)
Həqiqətən, kitab əhlindən elələri də var ki, Allah'a müti olaraq həm Allah'a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah'ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)
Hz. İsanın (əs) və tələbələrinin həyatı buna gözəl nümunədir. Mövzu ilə bağlı İncildəki bəzi ifadələr belədir:
Biz isə özümüzü duaya və Allah kəlamını yaymağa həsr edək. (Həvarilərin işləri,  6: 4)
Qardaşlarım, əgər aranızdan biri yolunu həqiqətən azsa və kimsə onu doğru yola qaytarsa, qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən qurtarar və bir çox günahın üstünü örtər. (Yaqub,  5: 19-20)
Tövratda da insanlar gözəl əxlaqa belə dəvət edilirlər:
Qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin! (Məzmur,  34: 14)
Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər bəsləməyin. (Zəkəriyyə,  7: 10)
Pislikdən yaxşılığa qayıdın ki, sağ qalasınız! Beləcə, iddia etdiyiniz kimi, Rəbb həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin... (Amos,  5: 14-15)

 

Möcüzə gözləməmək
Tarix boyu bütün insanlar iman gətirmək üçün onlara göndərilən elçilərdən möcüzələr istəmişlər. Hz. İsa (əs) bunu: “Siz əlamətlər və möcüzələr görməsəniz, iman gətirməyəcəksiniz” (Yəhya,  4: 48) -deyə ifadə etmişdir.
İnkarda israr edənlərin hz. Muhəmməddən (səv) də möcüzə istədikləri Quranda belə bildirilmişdir:
Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allah'ı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”.
De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”. (İsra surəsi, 90-93)
Halbuki ağıllı və vicdanlı insanlar Allah'a inanmaq üçün möcüzə görməyə ehtiyac duymurlar. Çünki ağıllı bir insan üçün hər şey Allah'ın dəlilidir. Atomlardan qalaktikalara qədər kainatın hər hissəsi Allah'ın varlığının və yaratmasının dəlilləri ilə doludur. İsrarla möcüzələr görmək istəyənlərin əsl niyyəti isə qaçmağa yol axtarmaqdır. Bu insanlar elçilərin Allah'ın lütfü ilə göstərdikləri möcüzələr qarşısında Allah'a iman gətirmək əvəzinə, onları günahlandırır, cadugərlik və ya təxribatçılıqda ittiham edirlər.
İncildəki “Əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar” (Luka,  16: 31) ifadəsi möcüzə istəyən inkarçıların səmimiyyətsizliyinə nümunədir.
Bu insanların möcüzə görsələr belə, iman gətirməyəcəkləri bir Quran ayəsində də belə izah edilir:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir. (Ənam surəsi, 111)
(Kafirlər) Allah'ın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allah'ın yanındadır. Siz haradan biləsiniz ki, o (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər?” (Ənam surəsi, 109)
Tövratda da inkarçıların bu münasibəti hz. Musanın (əs) qissəsi ilə izah edilir:
Rəbb Musaya və Haruna dedi: “Firon sizə: “Məni inandırmaq üçün bir möcüzə göstərin”, - deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana çevrilsin”“. Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana çevrildi.  Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Hər biri öz əsasını yerə atıb ilana çevirdi, ancaq Harunun əsası onların əsalarını uddu. Lakin Rəbbin söylədiyi kimi, fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. (Çıxış,  7: 8-13)

 

Göz, qəlb və qulaqların möhürlənməsi
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 5)
Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)
İncil
Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları kar oldu, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı gəlməsinlər ki, Mən onlara şəfa verim. (Matta,  13: 15)
Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?... (Mark,  8: 18-19)

Tövrat
Mənə Rəbbin bu sözü nazil oldu: “Ey bəşər oğlu, sən asi bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar asi bir xalqdır. (Yezekel,  12: 1-2)
Ey karlar, eşidin! Ey korlar, baxın, görün!.. Siz çox şey gördünüz, amma nəzərə almadınız, qulaqlarınız açıq idi, amma eşitmədiniz! (Yeşaya,  42: 18, 20)
O, dedi: “Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız”. (Yeşaya,  6: 9)

 

Özünü uca tutmamaq
Qüsursuzluq yalnız Allah'a məxsusdur. Mömin qəsdən, ya da bilməyərək səhv edə bilər, hər dəfə qəlbən Allah'a yönələrək tövbə edər, bir daha eyni səhvi təkrar etməməyə diqqət edər. Özünü səhvsiz və günahsız göstərməyə, başqalarını əskik görərək özünü ucaltmağa çalışmaz. Səmimiyyətsiz  şəkildə gördüyü işlərin özlərini xilas edəcəyini zənn edərək təkəbbürlənənlər Allah'ın razılığını və rəhmətini qazana bilməyəcəklər:
Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)
Quranda bu əxlaqa sahib olan şəxslərin səmimiyyətsiz səylərinin onları qurtarmayacağı və ziyana uğrayacaqları bildirilmişdir:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər. (Kəhf surəsi, 103-104)
Tövratda da öyünmənin pis əxlaq göstəricisi olduğu bildirilmişdir:
Rəbb belə deyir: “Müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin, varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada məhəbbət, ədalət və salehlik yaratdığını dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram”. Rəbb belə bəyan edir. (Yeremya, 9: 23-24)
Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, pislərə dedim: “Gücünüzü göstərməyin... Dikbaş-dikbaş danışmayın”. İnsanı yüksəltmək nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. Hökm verən Allah isə həm alçaldır, həm yüksəldir. (Məzmur, 75: 4-7)
Pis insan könlünün istəkləri ilə fəxr edir... Təkəbbürlü, pis insan Allah`ı axtarmaz … (Məzmur, 10: 3-4)
İncildəki bir çox izahda isə qürurlanıb özünə ucaltmaq istəyənin, əslində, alçaldığı ifadə edilmişdir. “Luka” İncilində keçən aşağıdakı cümlə buna nümunədir:
...Çünki öz-özünü ucaldan hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə ucaldılacaq. (Luka,  18: 14)
Allah'ın qarşısında heç bir insan öyünməsin… Buna görə yazıldığı kimi, öyünən Rəblə öyünsün. (1 Korinflilərə,  1: 29, 31)
Heç bir işi xudbinliklə və ya şöhrətpərəstliklə etməyin. Qoy hər biriniz təvazökarlıqla digərini özündən üstün saysın. (Filiplilərə,  2: 3)
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz. (1 Korinflilərə,  13: 4)

 

Salamlamaq
Salam vermək və ya xeyir-dua diləmək insanların bir-birinə ən gözəl dilək və arzularını ifadə etmə formasıdır. İnananlar bir yerə toplanarkən və evlərə girərkən bu gözəl davranışı göstərirlər. İşlərinin çox və ya təcili olması onları salamlamaq və ya xeyir-dua diləməkdən yayındırmır. Quranda salam verilən şəxsin o salama daha gözəl şəkildə və ya eynilə cavab verməsi və inananların evlərə girərkən salam vermələri əmr edilmişdir:
Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)
...Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz. (Nur surəsi, 61)
İncildəki ifadələr isə belədir:
Evə girərkən ev sakinlərini salamlayın. (Matta,  10: 12)
...İsa içəri girdi. O, ortada durub onlara: “Salam!” dedi... İsa yenə onlara dedi: “Salam!” (Yəhya,  20: 19, 21)
Tövratda isə belə bəhs edilir:
Harun və oğullarına belə de: “...Qoy Rəbb xeyir-dua verib sizi qorusun… lütf versin… sizə sülh versin”. (Saylar,  6: 23-26)
...“Qoy səni sevənlər dinc həyat yaşasın! Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın! Yoldaşlarıma, dostlarıma görə: “Səndə sülh olsun!” - deyirəm. (Məzmur,  122: 6-8)
…Dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan insanlara belə yazdı: “Sülhünüz bol olsun!” (Daniel,  6: 25)

 

Qısqanclıqdan çəkinmək
...Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz, (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)
De: “Sığınıram sübhün Rəbbinə!... və həsəd aparan zaman paxılın şərindən!” (Fələq surəsi, 1,5)

İncil
Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar əxlaqsızlıq, murdarlıq, pozğunluq, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, qəzəb, xudbinlik, nifaq, təfriqələr, paxıllıq, sərxoşluq, eyş-işrətlər və buna bənzər şeylərdir... (Qalatiyalılara,  5: 19-21)
...Həsəd aparırsınız, istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki istəmirsiniz. (Yaqub,  4: 2)
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz. (1 Korinflilərə,  13: 4)
Madam ki, biz Allah sayəsində yaşayırıq... Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək. (Qalatiyalılara,  5: 25-26)

Tövrat
Səfehi qəzəb öldürər, nadanı həsəd məhv edər. (Əyyub,  5: 2)
Qısqanclıq... coşdurar, ondan amansızcasına qisas alar. (Süleymanın məsəlləri,  6: 34)

 

 

Yalan danışmamaq
...yalan söz­­lərdən də çəkinin. (Həcc surəsi, 30)
Ey iman gətirənlər! Allah'dan qorxun və doğru söz söyləyin! (Əhzab surəsi, 70)

İncil
Çünki ürəkdən pis fikirlər... yalançı şahidlik və küfr çıxar. (Matta,  15: 19)
Bir-birinizə yalan danışmayın... (Koloselilərə,  3: 9)

Tövrat
...Bir-birinizə yalan satıb aldatmayın... Adıma yalandan and içməyin... (Levililər,  19: 11-12)
Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib, yalançı şahid olmayın. (Çıxış,  23: 1-2)
Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət  qazandırmayacağam. (Çıxış,  23: 7)

 

 

Zina etməmək
Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra surəsi, 32)

Tövrat
Zina etmə. (Çıxış,  20: 14)
... Ölkə zinakarlarla doludur... İnsanlar pis yola düşüb... (Yeremya,  23: 10)

İncil
İsa sözünə davam etdi: “İnsanı murdar edən insandan gələndir. İnsanın daxilindən, insanın ürəyindən gələn bunlardır: pis fikirlər, əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, şəhvət, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq. (Mark,  7: 20-22)

 

Oğurluq etməmək
Ey Peyğəmbər! Mömin qadınlar Allah'a heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allah'dan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Mümtəhinə surəsi, 12)

Tövrat
Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. (Levililər,  19: 11)
...Evlərə oğru girir, küçədə quldur soyğunçuluq edir. Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları əhatəyə alıb və gözümün önündədir. (Huşə,  7: 1-2)

İncil
...Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, kimisə aldatma, ata-anana hörmət et. (Mark,  10: 19)

 

 

Ana və ata ilə ən gözəl şəkildə davranmaq
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” -belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

İncil
...Ata-anana hörmət et. (Luka,  18: 20; Matta,  19: 19)
Ey övladlar, Rəbbə məxsus olduğunuza görə ata-ananıza itaət edin. Bu, haqdandır. İçində vəd olan ilk əmr budur: ata-anana hörmət et... (Efeslilərə,  6: 1-3)
Sən Onun əmrlərini bilirsən: qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, kimisə aldatma, ata-anana hörmət et. (Mark,  10: 19)

Tövrat
Ata-anana hörmət et... (Çıxış,  20: 12)

Allah'ın Rəbbin əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun. Qoy Allah'ın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun. (Qanunun təkrarı,  5: 16)

 

 

Geri