Yəhudilərin “Məsih”, müsəlmanların “Mehdi” adı ilə gözlədiyi şəxs eyni mübarək şəxsdir

İlahi dinlərdə gözlənilən, xilaskar kimi də adlanan “Məsih” termini  müsəlmanlarda Mehdi inancının təzahürüdür. İslamiyyətdəki Mehdiyyət yəhudilərin müqəddəs qəbul edilən qaynaqlarında Məsih dövrü kimi keçir. Yəhudilərin axırzamanda bəşəriyyətin qurtuluşu üçün zühurunu gözlədikləri Məsih müsəlmanların gözlədiyi hz. Mehdidir.


Ancaq xristianların Məsih kimi yer üzünə ikinci gəlişini gözlədikləri hz. İsa (əs) Mehdi (əs) deyil. Müsəlmanlar da hz. İsanın (əs) axırzamanda yenidən dünyaya gələcəyinə inanırlar, ancaq hz. İsa (əs) gələndə Mehdiyə (əs) tabe olacaq, Allah'ın izni ilə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına bu iki mübarək şəxs birlikdə vəsilə olacaqlar.


Peyğəmbərimizdən (səv) edilən səhih rəvayətlərə görə hz. İsa hz. Mehdinın arxasında namaz qılacaq. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 24)
Bu rəvayət digər hədislərdə belə xəbər verilir:
Hz. İsa (əs) səmadan nüzul edəcək və onun əmirliyini qəbul edəcək. Hz. İsaya (əs): “Bizə namaz qıldır”, - deyiləcək, ancaq o: “Əmir sizin içinizdədir”, - cavabını verərək: “Bu, Allah'ın Muhəmməd ümmətinə  bir ikramıdır”, - deyəcək. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)


Hz. Mehdi (əs) möminlərlə birlikdə Beytül Məqdisdə səhər namazı qılarkən, o anda nüzul edən hz. İsanı (əs) təqdim edəcək və hz. İsa (əs) əllərini onun çiyninə qoyaraq: “Namazın iqaməti (namaz üçün səslənilməsi) sənin üçün gətirildi, buna görə sən qıldır”, - deyəcək və nəhayət hz. Mehdi (əs) hz. İsa (əs) və möminlərə imam olaraq namaz qıldıracaq. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 25)


Peyğəmbərimizin (səv) səhih hədislərində hz. İsa (əs) və hz. Mehdinin (əs) eyni dövrdə ortaya çıxacağı və İslam əxlaqını bütün dünyaya hakim etmə məqsədi ilə birlikdə mübarizə aparacaqları bildirilmişdir. Bir çox səhih hədisdə olan bu məlumatlar hz. İsa (əs) ilə hz. Mehdinin (əs) axırzamanda bir yerə gələcəyini və mübarizələrini birlikdə davam etdirəcəklərini göstərir.


Yuxarıda qeyd etdiyimiz kimi, yəhudilərin gözlədiyi Məsih, əslində, hz. Mehdidir (əs). Yəhudi qaynaqlarında Məsih krallara və həmçinin yüksək rahiblərə aid edilir. Bu səbəbdən, Məsih anlayışı Allah'a xidmət vəzifəsi üçün seçilmiş və Ona yaxın şəxsləri xarakterizə edən bir sifət kimi istifadə edilir. Ancaq yəhudilərin gözlədiyi Məsih Allah tərəfindən axırzamanda yer üzünə göndərilən və yer üzünü hakimiyyəti altına alaraq insanları Allah'a, Onun doğru yoluna yönəldən bir elçi, bir dini liderdir ki, bu təsvir İslamda hz. Mehdiyə (əs) aiddir.


Tövrata və yəhudilərin digər müqəddəs mənbələrinə baxsaq, Məsih kimi təsvir edilən şəxsin hz. Mehdinin (əs) xüsusiyyətlərinə sahib olduğunu, hər iki mübarək şəxsin fəaliyyətlərinin və dünyada vəsilə olacaqları dəyişikliklərin eyni olduğunu görərik. Bu səbəbdən, yəhudilərin axırzamanda gözlədiyi Məsih, əslində, hz. Mehdidir (əs).


Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin (əs) Peyğəmbər nəsli olan İsrail oğullarına bənzədilməsi bu baxımdan mənalıdır. Hədislərdən bir qismi belədir:


Hz. Mehdi (əs) boyuna görə sanki Bəni-İsraildir. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 36-29)


Hz. Mehdinin (əs) vücudu İsrail bünyəsi kimidir. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 24)


Hz. Mehdi (əs) sanki Bəni İsraildən bir adamdır. (Rəftarı onlara bənzər, yəni heybətli və ağıllıdır) (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 23-30)


Hz. Mehdinin (əs) bədəni israilidir. Hz. Mehdi (əs) sanki Bəni-İsrailin öndə gələnlərindəndir. (İbn Həcər əl-Məkki)


Hz. Mehdinin (əs) vücudu İsrail bünyəsi kimidir. (Məriy bin Yusif bin Əbubəkr bin Əhməd bin Yusif əl-Məqdisi “Fəvaidu-fəvaidil-fikr fil-İmam əl-Mehdi əl-Müntəzər”)


(Hz. Mehdinın (əs) xarici görünüşü) sanki İsrail oğullarından bir insana bənzəyir. (Ukaylı “Ən-Nəcmüs-saqib fi Bəyani ənnəl-Mehdi min evladi Əli bin Əbu Talib ələt-tamam vəl-kamal”)


Sanki o (hz. Mehdi (əs)) İsrail oğullarından bir şəxs kimidir. (Nuaym bin Həmmad, vr. 52a; Məriy bin Yusif bin Əbubəkr bin Əhməd bin Yusif əl-Məqdisi “Fəvaidu-fəvaidil-fikr fil-İmam əl-Mehdi əl-Müntəzər”)

Quranda Allah hz. İbrahimi (əs) və onun soyundan gələnləri seçdiyini və onları mübarək etdiyini bildirir (Bəqərə surəsi, 130; Ali-İmran surəsi, 33). Bu məlumat yəhudilərin müqəddəs kitabı Tövratda da var (Yaradılış, 22:17; 12:2). (Mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: Hz. Mehdi (əs)  hz. İbrahimin (əs) soyundandır, Harun Yəhya)

Geri