Hz. İsanı (əs) gözləmək

Hz. İsanın (əs) yer üzünə yenidən gəlməsi müsəlmanlar üçün çox vacibdir. O, Allah`ın bir möcüzəsi ilə atasız doğulmuş, İsrail oğullarını doğru yola dəvət etmiş, onlara bir çox möcüzələr göstərmiş bir peyğəmbərdir. Məsihdir və Qurana görə Allah'ın sözüdür (Nisa surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə birlikdə Allah'a inanan, eyni əxlaqi dəyərləri paylaşan və Qurana görə bir-birlərinə ən yaxın dost olan (Maidə surəsi, 82) xristianlar və müsəlmanlar arasındakı anlaşılmazlıqlar aradan qaldırılacaq və dünyanın bu ən böyük iki dini  ittifaq quracaq. Yer üzündəki üçüncü İlahi dinin mənsubları, yəni yəhudilər də gerçək məsihləri olan hz. İsaya (əs) iman gətirərək hidayət tapacaqlar (Nisa surəsi, 159). Beləliklə, üç İlahi din birləşəcək, yer üzündə uca Allah'a iman və Onun peyğəmbəri hz. İsaya (əs) itaət üzərində qurulan bir din qalacaq. Bu din Allah'ı inkar edən fəlsəfələri və bütpərəst inancları fikirlə məğlub edəcək və dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənçiliklərdən, zülm və haqsızlıqlardan xilas olacaq, insanlar sülh, xoşbəxtlik və hüzur içində Qızıl Əsrdə yaşayacaq.


Bu, şübhəsiz, dünya tarixinin ən böyük hadisələrindən biridir. Üç İlahi dinin birləşəcəyi bu mühit bütün Amerika qitəsinin, Avropanın, İslam dünyasının, Rusiyanın, İsrailin ortaq inancla ittifaq qurması deməkdir ki, belə birlik tarixdə heç vaxt olmayıb. Bu birliyin dünyaya gətirəcəyi sülh, hüzur, sabitlik, xoşbəxtlik heç bir dövrdə təmin edilməmiş, bunun bənzəri də görünməmişdir.
Üstəlik, hz. İsanın (əs) yer üzünə gəlməsi dünya tarixinin ən böyük möcüzələrindən biridir.


Allah'ın dilədiyi peyğəmbərlər, Allah'ın təqdiri ilə, müxtəlif möcüzələr göstərirlər. Hz. İsa (əs) Allah'ın lütfü ilə bundan 2000 il əvvəl Fələstin torpaqlarında ölülərin dirildilməsi, korların və cüzamlı xəstələrin sağaldılması, cansız maddələrə can verilməsi kimi (Maidə surəsi, 110) möcüzələr göstərmişdir.


Hz. İsanın (əs) 2000 ildən sonra yenidən dünyaya qayıtması, anasız və atasız olaraq yetkin yaşında həyata yenidən başlaması isə çox böyük möcüzə olacaq. Beləliklə, elmi və fəlsəfi səviyyədə çökən materialist fəlsəfə bütün dünya insanlarının gözü qarşısında tamamilə darmadağın ediləcək, insanlar Allah'ın varlığının və qüdrətinin açıq-aşkar dəlillərini görəcəklər.


Allah'ın Quranda bildirdiyi işarələr, Peyğəmbərimizin (səv) hədisləri və İslam alimlərinin izahları işığında biz bu müqəddəs dövrün çox yaxın olduğuna inanırıq. Biz müsəlman olaraq hz. İsanın (əs) yaxın zamanlarda gələcəyindən həyəcanlanır, özümüzü və dünyanı bu müqəddəs qonağa hazırlamaq üçün əlimizdən gələni edirik.

Xristianlara çağırışımız isə onların da bu mövzuda mümkün qədər həssas, şüurlu və şövqlü olmalarıdır.

Geri