Hz. İsanın (əs) tanınması

Hz. İsanın (əs) ikinci dəfə yer üzünə gəlişi ilə əlaqədar maraqlı bir mövzu isə hz. İsanın (əs) kim olduğunun necə aydın olacağı və onun hansı xüsusiyyətlərindən tanına biləcəyidir. Məlumat, ağıl, bədən və əxlaqi cəhətdən üstün edilmiş bir insan kimi hz. İsanın (əs) üzündə peyğəmbərlərə xas olan ifadə olacaq.


Sahib olduğu güclü Allah qorxusunun və dərin imanın nuru üzündə əks olunacaq və peyğəmbərlərə xas olan nurlu ifadə o dərəcədə açıq olacaq ki, onu görənlər digər insanlarla müqayisə edəndə çox üstün bir insanla qarşılaşdıqlarını dərhal anlayacaqlar.


Allah hz. İsanın (əs) həm dünyada, həm də axirətdə şan-şöhrətli və Allah'a yaxınlaşdırılmışlardan (Ali-İmran surəsi, 45) olduğunu bildirmişdir. Allah'ın ayəsinin bir təcəllisi olaraq bütün peyğəmbərlər kimi hz. İsa (əs) da ətrafındakı insanlar arasında möhtərəmliyi ilə, seçilmiş və şərəfli olması ilə tanınacaq. Görənlər onu baxan kimi tanıyacaq, ürəklərində bu mövzuda heç bir şübhə olmayacaq. Bu müqəddəs insanın gəlişini inkar edən insanlar da etdiklərinin məntiqsizliyini dərhal qavrayacaqlar.

Hz. İsa (əs) Quranda keçən peyğəmbər xüsusiyyətləri ilə tanınacaq. Ancaq bundan başqa, onu insanlara tanıdan başqa əlamətləri də olacaq. Şübhəsiz, bunlardan ən əhəmiyyətlilərindən biri hz. İsanın (əs) dünyada ailəsinin, heç bir qohumunun və tanışının olmamasıdır.

Geri