İki seçim

Bura qədər izah edilənlər hər gün ətrafımızda şahid olduğumuz hadisələrin, qəzetlərdə oxuduğumuz və televiziyada izlədiyimiz xəbərlərin xülasəsidir. Əslində, hər kəs haqqında danışılan bu tablonu çox yaxşı görür. O halda, səmimi olaraq iman gətirənlər özlərinə bu sualı verməlidirlər: dünyadakı vəziyyət qarşısında ən doğru və ən gözəl davranış hansıdır?


Yaşadığımız əsrdə cəmiyyətləri dağıntıya aparan pislikləri, əxlaqsızlıqları, haqsızlıqları və degenerasiyanı görən hər kəsin qarşısında iki seçim vardır:


Birincisi, gördüklərini görməzlikdən gələnlərin seçdiyi yoldur. Bu yolu seçənlər olanları yalnız izləməklə kifayətlənir, yaşanan hadisələrə qarşı maraqsız və əhəmiyyətsiz rəftar göstərirlər. “Dünyanı qurtarmaq mənəmi qaldı?” və ya “mən nəyi dəyişdirə bilərəm?” kimi bəhanələrlə özlərini aldadırlar. Söhbətlərində insanların vəziyyətinə nə qədər kədərləndiklərini deyir, bəzən ehtiyacı olanlara kiçik yardımlar edir, ancaq bu pisliklərin tamamilə aradan qaldırılması üçün səy göstərmirlər. Halbuki unutmaq olmaz ki, acılara, çətinliklərə, pisliklərə qarşı səssiz qalan, ya da əlindən gələn ən çox səyi göstərməyən də bu tablodan məsuldur.


İkinci yol isə mövcud imkanların hamısını səfərbər edərək insanları olduğu vəziyyətdən qurtarmaq üçün fikri mübarizə aparmaq, bu mövzuda əsla ümidsizliyə düşməmək, şövqlə və əzmlə səy göstərməkdir. Səmimi,  vicdanlı, məsuliyyətli insanlar, əlbəttə, ikinci yolu seçərlər. Zalımların, pislərin, əxlaqsızların və din əxlaqına qarşı olanların ittifaq qurduğu kimi, kitab əhlindən səmimi olaraq iman gətirənlər və səmimi müsəlmanlar da bu şər ittifaqına qarşı birləşməli, hər cür maddi və mənəvi imkanı toplayaraq ortaq fikri mübarizə aparmalıdırlar. Hər bir inanclı yəhudi, xristian, müsəlman bu istiqamətdə əlindən gələn səyi göstərməlidir. Beləliklə, dürüst, hörmətli, sevgi dolu, anlayışlı, incə düşüncəli, gözəl əxlaqlı insanlarla bərabər rahatlığın, sülhün, təhlükəsizliyin, xoşbəxtliyin və rifahın hakim olduğu bir mühitdə yaşamaq mümkün olar.

İndi kitab əhli və müsəlmanlar bir-birinə qarşı hər zamankından daha anlayışlı olmalı və kömək etməlidirlər. Unutmaq olmaz ki, birlik, bərabərlik və əməkdaşlıq müvəffəqiyyət gətirir. Çəkişmə, mübahisə və ixtilaf isə gücsüzlüyə səbəb olur. Üstəlik, yaşadığımız dövr bu əməkdaşlığın təcili surətdə təsis edilməsini tələb edir. İman gətirənlər din əxlaqına qarşı olanlarla fikri mübarizə aparmaqla yanaşı, dünya tarixinin ən müqəddəs dövrlərindən birinə, hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişinə də hazırlıq görməlidirlər.

Geri