Hz. Mehdinin (əs) çıxışı bütün müqəddəs kitablarda müjdələnir

Dünyanın sonundan əvvəlki dövr, yəni axırzaman Allah'ın bütün müqəddəs kitablarında bildirdiyi silsilə əlamətlərlə özünü büruzə verir. Fitnə və qarışıqlığın şiddətli şəkildə yaşandığı, din əxlaqının ortadan qalxdığı və degenerasiya həyatın ən üst səviyyəsinə çatdığı bu xüsusi dövrdə Rəbbimiz hidayət verici sifəti ilə hz. Mehdini (əs) göndərəcək. Allah'ın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi hz. Mehdi (əs) imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allah'ın diləməsi ilə hz. Mehdi (əs) qədərində yazılmış bu üstün vəzifədə mütləq müvəffəqiyyətli olacaq, Allah'a imanı və din əxlaqını bütün dünyada hakim edəcək.


Məhz bu səbəbdən, hz. Mehdinin (əs) zühuru dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün müqəddəs kitablarda işarə edilir. Hz. Mehdinin (əs) gəlişi yalnız Peyğəmbərimizin (səv) dövründən deyil, minlərlə ildən bəri bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin (əs) zühurunun Allah'ın vəhyi olan bütün kitablarda xəbər verildiyi belə bildirilir:


Nuaym buyurdu ki:Mən hz. Mehdini (əs) Peyğəmbərlərin sühufunda (səhifələrdə: Adəm, Şit, İdris və İbrahim Peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə tapıram: “Hz. Mehdinin (əs) əməlində nə zülm, nə də eyib vardır””. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 21)
Peyğəmbərlərə aid olan kitablarda “hz. Mehdinin (əs) işi zülm və pislik deyil” kimi işarə edilmişdir. l-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 49)


İbni-Münavi deyir ki: “Danyalın (əs) kitabında belə yazılmışdır: “...Hz. Mehdi (əs) çıxacaq və Allah-Təala əvvəl fəsada məruz qalanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq... (Bu hədis Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman adlı kitabın Süleymaniyyə kitabxanasında olan əlyazmasında mövcuddur)


Bu hədislərdən aydın olur ki, Mehdiyyət mövzusu bütün haqq dinlərin kitablarında mövcuddur. Tövrat və İncildə də hz. Mehdinin (əs) gələcəyi, onun xüsusiyyətləri, fəaliyyətləri və vəsiləsi ilə Allah'a iman və din əxlaqının hakimiyyət dövrünün reallaşması minlərlə il əvvəldən bildirilmişdir. Hal-hazırda nə qədər təhrif olunsa da, Tövrat və İncilin təhrif olunmamasına hüsnü-zənn etdiyimiz hissələrində, Quran ayələrində və Peyğəmbərimizin (səv) hədislərində bu izahlar görünür.

Kitablarda minlərlə il əvvəldən hz. Mehdinin (əs) çıxışı ilə əlaqədar təsvirlərin olması bu hadisənin  əhəmiyyətinin dəlilidir. Axırzamanda, qiyamətə yaxın bu dövrdə Allah'ın son xəbərdar edici və müjdə verici kimi göndərdiyi elçisi hz. Mehdinin (əs) xüsusiyyətlərini və fəaliyyətlərini bilmək çox əhəmiyyətlidir. Bu həyati mövzudan hər kəsi xəbərdar etmək və o mübarək şəxsə mənəvi cəhətdən dəstək olmaq bütün iman gətirənlərin üzərinə düşən əhəmiyyətli məsuliyyətdir.

Geri