Radikal xristianların yanlış düşüncəsi

Müasir dövrdə yaşayan xristianların əksəriyyətinin digər dinlərin mənsublarına İncildə olan sevgi və hörmət prinsipi ilə yaxınlaşması çox əhəmiyyətlidir. Xüsusilə XX əsrin ikinci yarısında bu istiqamətdə müsbət hadisələr baş vermişdir. Bu tarixdə xristian dünyasında digər dinlərə qarşı yanlış və əsassız düşüncə tərk edilmiş, digər dinlərə bağlı olan insanların günahkar kimi düşünülməməsi fikri hakim olmuşdur. Xristian yazıçılar, tədqiqatçılar və dindarlar bu fikri geniş şəkildə dilə gətirmişlər. Xristianlığı təmsil edən qurumlar dünyadakı problemlərə qarşı digər dinlərlə ittifaq qurmağı və əməkdaşlıq etməyi qərara almışlar. 


Buna baxmayaraq, xristian dünyasında nadir də olsa, fərqli inanclara mənsub şəxslərə qarşı qatı və hətta təcavüzkar yanaşmalara rast gəlinir. Bəzi dini liderlər digər dinlərlə əlaqədar yanlış izahlar gətirir, bu dinlərə inananların günahkar olduqlarını iddia edirlər. Xüsusilə, müsəlmanlara qarşı bəzi haqsız və əsassız iddialar İslam dünyasında da narahatlıq doğurur. Orta əsrlərdəki xaçlı zehniyyətini qoruyan bəzi xristian liderlər Əhdi-Ətiqə bir sıra mənalar verərək yaxın gələcəkdə müsəlmanlarla qərb dünyası arasında müharibə olacağını, hətta bu müharibənin lazım olduğunu bildirirlər. Əhdi-Ətiqdə keçmişdə yaşayan cəmiyyətlərin həyatlarından bəzi məqamlar və o dövrdə baş verən müharibələr, onların nəticələri  izah edilir. Ancaq bu izahların əksəriyyəti o dövrə aiddir, o cəmiyyətlərin yaşadığı hadisələrlə bağlıdır. Bu səbəbdən, Əhdi-Ətiqdə olan bəzi izahlar o dövrə aid edilməli, bu izahlardan müharibəni və qarşıdurmanı dəstəkləyən nəticələr çıxarılmamalıdır.


Radikal xristianların yanlış düşüncələrindən biri də vacib olan müharibəni, yəni Armaqedonu Məsihin (əs) gəlişindən əvvəl reallaşacaq bir hadisə kimi qiymətləndirmələridir. Halbuki bu anlayış hz. İsanın (əs) xristianlara öyrətdiyi əxlaqa tamamilə ziddir. İncilə baxsaq, hz. İsanın (əs) insanlara həmişə sevgi, sülh və dostluq tövsiyə etdiyini görərik.


Xristianlar bilməlidirlər ki, hz. İsa Məsihin ikinci dəfə yer üzünə gəlişini tək xristianlar deyil, müsəlmanlar da böyük həyəcanla gözləyirlər. Çünki bu möcüzə Quranda xəbər verilir və hz. Muhəmmədin (səv) hədislərində də açıq şəkildə bildirilir. Bu səbəbdən, həm xristianlar, həm də müsəlmanlar bu böyük möcüzəni səbirsizliklə gözləyirlər. Unutmamalıyıq ki, hz. İsanın (əs) gəlişi ilə birlikdə Allah'ı inkar edən fəlsəfələr və bütpərəst inanclar fikrən məğlub ediləcək, irqçilik, faşizm kimi ideologiyalar aradan qaldırılacaq, beləliklə, dünya müharibələrdən, qarşıdurmalardan, etnik qarşıdurmadan, zülm və haqsızlıqlardan xilas olacaq, insanlar sülh, xoşbəxtlik və rahatlıq içində yaşayacaqlar. Bu səbəbdən, səmimi olaraq hz. İsanın (əs) gəlişinə hazırlaşan dindarlar belə bir mühitə zəmin hazırlayan işlər görməli, hər cür qarşıdurmaya mane olmaq üçün cəhd göstərməli, ayrılıqları, mübahisələri bir kənara atmalıdırlar.


İki cəmiyyət arasında anlayışa və hörmətə əsaslanan əlaqə qurulmasına mane olan yanaşmalar, şübhəsiz, ən yaxşı şəkildə xristianlar tərəfindən aradan qaldırıla bilər. Bu cür insanların yanıldığı müsbət düşünən xristianlar tərəfindən cəmiyyətə göstərilməlidir. Dünyanı savaş meydanına çevirən, digər mədəniyyətlərin varlığına dözməyənlərin düşüncələri sevgi və sülhü əmr edən xristianlıq təlimlərinə ziddir. İncildəki hökmlər dindar xristianların bütün insanlara yaxşılıq etməsini, düşmənlərini belə sevməsini, onlara nifrət edənlərə belə yaxşılıq etməsini tələb edir. Başda müsəlmanlara qarşı olmaqla, digər dinlərin mənsublarına qarşı ön mühakiməli dünyagörüşü və kinli münasibət xristian təliminin yanlış izah olunmasından və bəzi dindən kənar ideologiyaların təsirindən qaynaqlanır. Mülayim xristianlar radikalların qarşıya qoyduğu iddiaların sülh və sevgini müdafiə edən xristian təlimləri ilə ziddiyyət təşkil etdiyini sübut etməlidirlər. Bu istiqamətdə aparılan işlər radikal təlqinlərin kifayət qədər məlumat sahibi olmayan kütlələri təsir altına almasına mane olacaq. Əvvəl də qeyd etdiyimiz kimi, radikalizm cəhalətdən faydalanır. Bu cəhalətin səbəb olduğu təhlükələri aradan qaldırmaq isə xristian əxlaqının üzərinə düşür. Xristianların bu məsuliyyəti İncildə belə ifadə edilir:


Allah'ın qulları olaraq yaşayın.  Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allah'dan qorxun... (Peterin birinci məktubu, 2: 16-17)

Mövcud şərtlər bütün vicdanlı xristianların bu məsuliyyəti tamamilə boynuna götürməli  olduğunu göstərir. Unutmamaq lazımdır ki, radikalların tələb etdiyi kimi qarşıdurma və müharibə hər iki tərəfə də böyük itki, ağrı, acı və göz yaşı gətirər. Səmimi olaraq iman gətirənlərin ittifaqı ilə bu ehtimal aradan qaldırıla bilər. Buna görə də vacib addımları atmaqdan çəkinmək yanlışdır. Radikallar tərəfindən yaradılan gərgin mühit sağlam düşüncəli xristianların və müsəlmanların səyi ilə aradan qaldırıla bilər. Ön mühakiməni aradan qaldırıb inananlar arasında ittifaq yaratmaq dindar insanların dünyada sülh və təhlükəsizliyin təsis etməsində böyük rol oynayar. Beləliklə, həm xristianlar, həm də müsəlmanlar Allah'ın bizə əmr etdiyi əxlaqın tələbi olaraq dünyaya sülh və sevgi gətirərlər.

Geri